Səhiyyə Nazirliyinin nümayəndələri beynəlxalq seminarda – Cerba, Tunis
25 Fevral 2025
592
Tunisin Cerba adasında 19-20 fevral 2025-ci ildə “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” mövzusunda seminar keçirilib.
Azmedinfo.az xəbər verir ki, seminar Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi, Avropa İttifaqının Səhiyyə Təhlükəsizliyi Təşəbbüsü, Yeni və İnkişaf etməkdə olan Xəstəliklər üzrə Milli Müşahidə Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Səhiyyədə fövqəladə hallar zamanı infodemiyaların (doğru və yanlış məlumatların həddindən artıq yayılması) idarə edilməsinə dair strategiyaların inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən seminarda müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə iştirak edib. Seminarda risk kommunikasiyası, böhran idarəçiliyi, sosial media, epidemioloji kəşfiyyat və səhiyyə savadlılığı sahəsində çalışan mütəxəssislər təmsil olunublar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova, Təlim-resurs şöbəsinin Simulyasiya bölməsinin müdiri Aysel Məmmədzadə və Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Anar Ağamirzəyev seminarda iştirak ediblər.
İştirakçılara infodemiyaların aşkar edilməsi, izlənməsi və idarə olunması üçün sosial dinləmə və məlumat ekosistemlərinin xəritələndirilməsi kimi alətlər öyrədilib. Yanlış məlumatların yayılmasına təsir edən sosial və davranış faktorlarının araşdırılması və qarşısının alınması üçün praktiki yanaşmalar ətrafında müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654