Azərbaycan Tibb Universiteti (ATU) ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında rəsmi əməkdaşlığı dəstəkləyən Anlaşma Memorandumu imzalanıb.
Azmedinfo.az xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli və DAAB-ın sədri, professor Məsud Əfəndiyev tərəfindən imzalanan sənəd təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı, faydalı əməkdaşlığın təşkili və inkişafını nəzərdə tutur. Bundan əlavə, memorandum birgə elmi və tədqiqat proqramları, layihə və işlərin icrasını dəstəkləyir. Eyni zamanda müxtəlif sahələr üzrə, o cümlədən elmi tədqiqat, alim və mütəxəssislərin peşəkar inkişafı, akademik və inzibati heyətin, bakalavr, magistratura və rezidentura tələbələrinin mübadiləsi və s. kimi istiqamətləri ehtiva edir.
Anlaşma mərasimində əməkdaşlığın müxtəlif aspektləri üzrə geniş fikir mübadiləsi aparılıb, növbəti mərhələlərdə ikitərəfli əlaqələrin inkişafına töhfə verə biləcək mümkün istiqamətlər nəzərdən keçirilib. Həmçinin dünyadakı azərbaycanlı tədqiqatçıları beynəlxalq elmi platformada birləşdirən DAAB-ın hədəflərinə toxunularaq, güclü potensiala malik azərbaycanlı alim-həkimlərin, xüsusən də ATU məzunlarınının bu Birliyə cəlb olunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilən DAAB-ın sədri, professor Məsud Əfəndiyev həm də 1991-ci ildə Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatını qazanan ilk azərbaycanlıdır. Qeyri-xətti analiz və riyazi fizika sahəsinə müstəsna töhfələri olan alim biologiya, tibb, ekologiya, mexanika və fizika sahələrində də qarşılaşılan problemlərin riyazi modelləşdirilməsi üzrə fundamental tədqiqatlar aparıb. Həmçinin təkamül tənliklərinə uyğun dinamik sistemlərin attraktorlarının yeni siniflərini yaradaraq onların sistematik şəkildə öyrənilməsinə mühüm töhfə verib.
Beynəlxalq arenada elmi fəaliyyəti ilə diqqət çəkən M.Əfəndiyev 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science - JSPS" mükafatına, 2007-ci ildə Danimarka hökumətinin nüfuzlu "Otto Monsted" mükafatına layiq görülməklə, bu mükafatlarla təltif edilən azərbaycanlı alim kimi də ilkə imza atıb.
2023-cü ildə Fields İnstitutunun ömürlük mükafatına ("The Life Achievement Award") layiq görülən alim Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunan 8 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654