ABŞ Dövlət Departamentinin qlobal səhiyyə təhlükəsizliyi sahəsində aparıcı yardım proqramı olan STRİDES layihəsinin direktoru Bekka Prays, “Black & Veatch” şirkətinin beynəlxalq inkişaf üzrə direktoru Kyle Huston, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Stiven Beknell, CDC-in icraçı direktor müavini Coel Stanoeviç və baş texniki müşavir Lia Gvinjiliyadan ibarət nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətində olublar.
Azmedinfo.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlarla görüş zamanı Akademiyanın ölkəmizdə elmin inkişafındakı rolundan, müasir dövrün çağırışlarına uyğun olaraq aparılan tədqiqatlardan və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edib, xüsusilə son dövrlərdə süni intellektə dair araşdırmaların diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin son illərdə AMEA-nın beynəlxalq elmi müstəvidə əməkdaşlıq əlaqələrinin genişləndiyini, Akademiyanın dünya elmində söz sahibi olan akademik təşkilatların tamhüquqlu üzvü seçildiyini bildirib.
ABŞ nümayəndə heyətinə daxil olan mütəxəssislərin apardıqları tədqiqatların son dövrlərdə dünyanı bürümüş pandemiyalar fonunda xüsusi aktuallıq kəsb etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu məsələləri diqqətdə saxladığını, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi müəssisələrdə bu istiqamətdə mühüm tədqiqatlar aparıldığını söyləyib.
Akademik İsa Həbibbəyli ötən il bölmənin mütəxəssisləri tərəfindən bioloji proseslərin molekulyar-genetik əsasları, genom, kompüter biologiyası, süni intellektin biologiya və təbabətdə tətbiqi, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində mühüm tədqiqatların aparıldığını və əldə olunmuş nəticələrin nüfuzlu jurnallarda işıq üzü gördüyünü bildirib.
AMEA rəhbəri amerikalı mütəxəssislərlə birgə layihələrin perspektivdə yüksək nəticələr verəcəyini söyləyib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654