Bakıda Türkiyə və Azərbaycanın tanınmış cərrah və onkoloqlarının iştirakı ilə "Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti (ACQOC), Türkiyənin Radioloji Onkologiya Dərnəyi, eləcə də Mədə və Qida Borusunun Cərrahiyyəsi Dərnəyinin həmtəşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan ACQOC-un sədri, onkoloq Altay Əliyev qonaqları salamlayaraq konfransda elmi müzakirələrin səhiyyənin onkologiya sahəsində irəliləyişə töhfə verəcəyini vurğulayıb.
A.Əliyev bildirib ki, xüsusilə mədə və qida borusu xərçənginin müalicəsində son illər tətbiq olunan praktikalar sürətlə dəyişir. Bu dinamikanı izləmək üçün təcrübə mübadiləsinin vacibliyini qeyd edən onkoloq həmkarlarının dəstəyini yüksək qiymətləndirib.
Konfransın birinci panelində mütəxəssislər tərəfindən geniş məruzələr dinlənilib.
Dr. Adilə Ədilli "Qida borusu və mədə xərçənginin patoloji dəyərləndirilməsi", Dr. Cavanşir Vahabov "Qida borusu və mədə xərçənginin endoskopik diaqnostikası və müalicəsi", Dr. Özgür Fırat "Ezofaqoqastrik birləşmə xərçəngində minimal invaziv cərrahiyyə" və Dr. Uğur Selek "Erkən mərhələ qida borusu xərçəngində neoadyuvan şüa müalicəsi" mövzusunda təqdimat ediblər. Təqdimatlarda xəstəliyin erkən diaqnostikasından başlayaraq tətbiq edilən müasir terapevtik üsullara qədər geniş spektri əhatə edən məsələlərdən bəhs olunub.
İkinci paneldə Dr. Şahin Laçın "Qida borusu xərçəngində neoadyuvan adyuvan sistemik müalicə", Dr. İlqar İsmayılov "Qida borusu xərçəngində müalicəvi cərrahiyyə", Dr. Sinan Ersin "Mədə xərçəngində D1 və D2 limfa nodu diseksiyasının müqayisəsi" və Dr. Elgün Səmədov "Mədə xərçənginin cərrahiyyəsində qlobal trendlər və regional reallıqlar" mövzusunda çıxış edərək, müasir cərrahi yanaşmaların xəstələrin yaşam müddətinə təsirini və beynəlxalq protokolların yerli klinik praktikaya inteqrasiyasını təhlil ediblər.
Üçüncü paneldə Dr. Altay Əliyev "Mədə xərçəngində neoadyuvan sistemik müalicə", Dr. Şuayib Yalçın "Mədə xərçəngində adyuvan sistemik müalicə", Dr. Nezih Akkapulu "Robotik total qastrektomiya texnikası" və Dr. Kaya Yorgancı "Major cərrahiyyəsindən (mədə/qida borusu) öncəki və sonrakı baxım" mövzularında yüksək texnologiyaların tətbiqi ilə əməliyyatların üstünlükləri və əməliyyatönü hazırlıq prosesinin əhəmiyyəti haqqında danışıblar.
Dördüncü paneldə Dr. Ruslan Əsədov "Qida borusu və mədə xərçəngində invaziv radiologiyanın rolu", Dr. Elvin Çələbiyev "Metastatik qida borusu və mədə xərçəngində sistemik müalicə", Dr. Taylan Sezer "Mədə xərçəngində HIPEC və PIPAC-ın tətbiq olunması" və Dr. Alper Sevinç "Klinik araşdırmalar Türkiyədə necə başladı və necə davam edir?" adlı təqdimatlarında onkoloji xidmətin gələcək perspektivlərini və fərdi müalicə strategiyalarını diqqətə çatdırıblar.
Elmi-praktiki konfransda Azərbaycan və Türkiyə tibbi əməkdaşlığının onkoloji nəticələrdə sağalma göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə geniş imkanlar yartdığı bildirilib.
Ekspertlər mədə xərçəngi ilə mübarizədə mövcud statistik vəziyyət və müasir müalicə protokolları barədə mühüm məqamlara toxunublar. Qeyd edilib ki, Azərbaycanda mədə xərçəngi yayılmasına görə üçüncü, ölüm göstəricisinə görə isə ikinci yerdədir.
Bildirilib ki, cərrahi yanaşmada açıq qastrektomiyadan müasir laparoskopik, robotik və erkən mərhələlərdə endoskopik müdaxilələrə qədər böyük bir təkamül var.
Həmçinin müalicənin multimodal, qeyri ixtisaslarla, komanda tərəfindən aparılmasının zəruriliyi qeyd edilib.
Sonda vurğulanıb ki, hər iki qardaş ölkənin həkimlərinin öz təcrübələrini bölüşməsi və ortaq elmi çalışmalar aparması regionda onkoloji xəstəliklər səbəbindən ölüm göstəricilərinin azaldılmasında əsas hərəkətverici qüvvə olacaqdır.
Konfrans Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunaraq 8 balla qiymətləndirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654