Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astana şəhərində keçirilən regional ekoloji sammitdə iştirak edib.
Azmedinfo.az Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sammit çərçivəsində “Gələcək nəsillərin qorunması: Sağlamlıq ekoloji gündəliyin mərkəzində – Aralətrafı ərazilər və Xəzər regionu üzrə çıxarılan dərslər və həll yolları” mövzusunda nazirlərin panel sessiyası keçirilib.
Tədbirin açılışında Qazaxıstanın Baş nazirinin müavini Aida Balayeva və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış ediblər. Panel sessiyasında ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Aral regionunda sağlamlıq və dayanıqlı inkişaf üzrə Yol Xəritəsinin təqdimatını edib.
Azərbaycanın səhiyyə naziri sammit çərçivəsində keçirilən nazirlər səviyyəsində panel sessiyasında “Aral və Xəzərətrafı ərazilərin sağlam gələcəyi naminə siyasi dəstək və regional öhdəliklər” mövzusunda çıxış edib.
Teymur Musayev qeyd edib ki, qlobal istiləşmə su hövzələrinin istilik strukturunu və oksigen səviyyəsini dəyişərək su biomüxtəlifliyinə birbaşa təsir göstərir: “Bu təsirlər yalnız ekoloji deyil, eyni zamanda, ciddi ictimai sağlamlıq riskləri yaradır. Əhali çirklənmiş suya daha çox məruz qalır ki, bu da mədə-bağırsaq xəstəliklərinin, kimyəvi zəhərlənmələrin və uzunmüddətli sağlamlıq fəsadlarının artmasına səbəb olur”.
Nazir vurğulayıb ki, ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi altında Bakıda keçirilmiş COP29 iqlim və sağlamlıq gündəmlərinin sıx bağlı olduğunu bir daha nümayiş etdirib”.
Teymur Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə hava keyfiyyətinin monitorinqinin həyata keçirildiyini də diqqətə çatdırıb. Xəzər dənizinin su keyfiyyəti ilə bağlı məsələdə səhiyyə naziri regional və sərhədlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib: “Qapalı su hövzələri ortaq resurslar olduğu üçün onların idarə olunması koordinasiyalı yanaşma tələb edir. Xəzər dənizinin sahilboyu ərazilərində biomüxtəlifliyin qorunması üçün tətbiq edilən əsas strategiyalardan biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və effektiv idarə olunmasıdır. Hazırda Azərbaycanın sahil zonasında dörd Milli Park fəaliyyət göstərir”,- deyə nazir diqqətə çatdırıb.
Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın səhiyyə nazirləri də çıxış ediblər.
Tədbirin yekunu olaraq Mərkəzi Asiya ölkələri və Azərbaycan tərəfindən birgə bəyanat qəbul edilib. Bu sənəd regionda iqlim dəyişiklikləri, ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Sammit çərçivəsində ikitərəfli görüşlər keçirilib, ətraf mühit və sağlamlıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müzakirələr aparılıb, Qazaxıstanın aparıcı tibb müəssisələrinə tanışlıq səfərləri təşkil olunub.
Tədbir səhiyyə və ətraf mühit sahələrində regional əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654