DGK-da antikorrupsiya maarifləndirməsi davam etdirilir
27 Aprel 2026
402
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2026-cı il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planına uyğun növbəti maarifləndirici tədbir həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova, Sığorta şöbəsinin rəisi İlahə Məmmədova, İT şöbəsinin rəisi Bəhruz Muradov, məsul tibb bacıları, rezidentler və əməkdaşlar iştirak ediblər.
Tədbirdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım səhiyyə sahəsində korrupsiya ilə mübarizənin pasiyentlərin əlçatan, bərabər və keyfiyyətli tibbi xidmətlər əldə etməsində mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə sistemli yanaşmanın və institusional tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova “Korrupsiya ilə mübarizədə Xəstə xidmətləri şöbəsinin işinin təşkili və bu sahədə zəruri addımlar” mövzusunda çıxış edərək pasiyentyönümlü xidmətlərin təşkili zamanı şəffaflığın təmin olunmasının, xidmətlərə bərabər çıxış imkanlarının yaradılmasının və etik davranış prinsiplərinə riayət edilməsinin korrupsiya risklərinin azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu sahədə növbəlilik sisteminin düzgün qurulmasının, pasiyent müraciətlərinin operativ və obyektiv şəkildə cavablandırılmasının, həmçinin xidmət proseslərinin standartlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Sığorta şöbəsinin rəisi İlahə Məmmədova isə “Sığorta şirkətləri və pasiyentlərlə iş sahəsində keyfiyyətli xidmətin təşkili” mövzusundakı çıxışında sığorta şirkətləri və pasiyentlərlə iş prosesində şəffaflıq, düzgün sənədləşmə və qarşılıqlı etimadın təmin edilməsinin vacibliyindən bəhs edib. O, sığorta mexanizmlərinin düzgün tətbiqinin, xidmətlərin əsaslandırılmış şəkildə təqdim olunmasının və bütün əməliyyatların aydın uçotunun aparılmasının korrupsiya risklərinin minimuma endirilməsinə xidmət etdiyini qeyd edib.
İT şöbəsinin rəisi Bəhruz Muradov “Tibb müəssisəsində korrupsiya ilə mübarizədə elektron xidmətlərin və rəqəmsallaşmanın vacibliyi” mövzusunda çıxış edərək tibb müəssisələrində korrupsiya ilə mübarizədə rəqəmsallaşmanın roluna toxunub, elektron növbə sistemləri, tibbi informasiya sistemləri və nağdsız ödəniş mexanizmlərinin tətbiqinin şəffaflığın artırılmasına və insan faktorundan irəli gələn risklərin azaldılmasına imkan yaratdığını bildirib. O, həmçinin bütün əməliyyatların elektron mühitdə qeydə alınmasının və izlənilə bilməsinin hesabatlılığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib. Sonda qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında davamlı olaraq həyata keçirilən bu cür maarifləndirici tədbirlər səhiyyə sistemində şəffaflığın artırılması, etik davranış mühitinin gücləndirilməsi və korrupsiya risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654