Bariatrik-metabolik cərrahiyyə və metabolik xəstəliklərə yeni yanaşmalar müzakirə edilib
29 Aprel 2026
656
Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 7-ci Beynəlxalq bariatrik-metabolik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bariatrik və metabolik cərrahiyyənin nisbətən yeni sahə olduğunu, bu istiqamətin pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırdığını və vaxtından əvvəl ölüm riskini 30–50 faiz azaltdığını bildirib.
Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Rəşad Mahmudov, İlham Məmmədli və Müşfiq Məmmədli isə ölkədə səhiyyə islahatlarının əhəmiyyətini və tibb işçilərinin peşə hazırlığının daim yeniləndiyini vurğulayıblar.
Konfransda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova “Orqan donorluğu və transplantasiyasında yeni səhifə” mövzusunda çıxış edərək ölkədə bu sahənin inkişafı, aparılan islahatlar və əldə olunan nəticələr barədə məlumat verib. O bildirib ki, orqan donorluğu və transplantasiya tibbdə həyati əhəmiyyətli istiqamətlərdən biridir və burada beynəlxalq təcrübəyə uyğun yeni yanaşmalar tətbiq olunur.
Yeganə Abbasova həmçinin qeyd edib ki, son illərdə donor bazasının genişləndirilməsi, ictimai maarifləndirmənin gücləndirilməsi və tibb müəssisələrinin imkanlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu sahənin inkişafı daha çox insanın həyatının xilas olunmasına və səhiyyə sistemində keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət edir.
Tədbir yerli və xarici mütəxəssislərin elmi bilik və təcrübə mübadiləsi, həmçinin ölkələrarası peşəkar əlaqələrin genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilib. Konqres ümumilikdə sahənin inkişafına töhfə verən səmərəli elmi müzakirələrlə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654