Mərkəzi Gömrük Hospitalında Sakrokoksigeal teratoma diaqnozu qoyulmuş yenidoğulmuş körpə uğurla əməliyyat olunub
30 Aprel 2026
456
Mərkəzi Gömrük Hospitalında Sakrokoksigeal teratoma diaqnozu qoyulmuş yenidoğulmuş körpə uğurla əməliyyat olunub. Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov tərəfindən icra edilən mürəkkəb cərrahi müdaxilə nəticəsində körpənin həyatı xilas edilib.
Azmedinfo.az xəbər verir ki, körpəyə bu diaqnoz hələ ana bətnində olarkən qoyulmuş və müayinələr zamanı Sakrokoksigeal teratoma Tip 3 olduğu təsdiqlənmişdir. Qeysəriyyə əməliyyatından sonra yenidoğulmuşun vəziyyəti stabil olub və dərhal müvafiq tibbi nəzarətə götürülüb. Əməliyyatdan öncə Radiologiya şöbəsinin rəisi, radioloq Eldəniz Hüseynov tərəfindən MRT müayinəsi aparılmış, həmçinin qanda alfa-fetoprotein (AFP) səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir.
Təxminən 3 saat davam edən əməliyyat zamanı körpənin büzdüm nahiyəsindən bağırsaqlara və sidik kisəsinə doğru uzanan, təqribən 10 sm ölçüdə olan kistik törəmə uğurla xaric edilib. Əməliyyat uğurla başa çatıb, körpənin əməliyyatdan sonrakı vəziyyəti stabil olub, tənəffüs aparatından ayrılması və oyanma prosesi də problemsiz keçib.
Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev bu kimi yüksək riskli əməliyyatların uğurla icrasında multidissiplinar komanda yanaşmasının həlledici rol oynadığını vurğulayaraq əməliyyat prosesində iştirak edən Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərovun, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədovun və Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynovun peşəkarlığını yüksək qiymətləndirib. Dr. Bəxtiyar Musayev qeyd edib ki, vaxtında və dəqiq aparılan diaqnostika, eləcə də komanda şəklində göstərilən yüksək səviyyəli tibbi xidmət belə mürəkkəb hallarda uğurlu nəticənin əldə olunmasında əsas amillərdəndir.
Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov qeyd edib ki, bu diaqnozla doğulan körpələrdə vaxtında cərrahi müdaxilə aparılmadıqda, şişlərin qısa müddət ərzində bədxassəli formaya keçmə riski yüksək olur. Bu səbəbdən erkən əməliyyat həyati əhəmiyyət daşıyır və təqdim olunan klinik halda körpənin cəmi 1 günlük olmasına baxmayaraq, vaxtında həyata keçirilən cərrahi müdaxilə onun sağlam gələcəyi üçün həlledici olub.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında həm hamiləlik dövründə aparılan dəqiq diaqnostika, həm də doğuşdan dərhal sonra həyata keçirilən kompleks tibbi yanaşma sayəsində körpə uğurla əməliyyat edilərək sağlamlığına qovuşub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654