Mərkəzi Gömrük Hospitalında kardiologiya mövzusunda növbəti seminar
02 May 2026
392
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında növbəti cümə seminarı keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək mütəmadi olaraq həyata keçirilən cümə seminarlarının rezidentlərin nəzəri və praktiki bacarıqlarının artırılmasında cümə seminarlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, kardiologiya sahəsində aktual və klinik praktikada geniş rast gəlinən mövzulara həsr olunan seminarın iştirakçılar arasında bilik mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq İlqar Tahiroğlu və Hospitalın Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyevin moderatorluğu ilə həyata keçirilən seminarda rəis müavini, kardioloq Nabil Seyidov “Kəskin dekompensasiya olunmuş ürək çatışmazlığının menecmenti” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda bu klinik vəziyyətin erkən diaqnostikası, müasir müalicə yanaşmaları və xəstələrin effektiv idarə olunması prinsipləri ətraflı şəkildə izah olunub.
Daha sonra Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev “Aşağı dəqiqəlik ürək atımı (CO) sindromları” mövzusunda çıxış edərək, bu sindromların patofiziologiyası, diaqnostik meyarları və müasir müalicə üsulları barədə ətraflı məlumat verib.
Mərkəzi Gömrük Hospitalının həkim və rezidentlərinin iştirak etdiyi seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə mütəmadi olaraq həyata keçirilən cümə seminarları müxtəlif ixtisaslar üzrə həkimlər və rezidentlər üçün nəzərdə tutulub və onların peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654