Pasiyent təhlükəsizliyinin artırılması məqsədilə tibbi personal təlim keçdi
03 May 2026
702
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında “Yıxılma riskinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzusunda geniş təlim keçirilib.
Azmedinfo.az xəbər verir ki, təlimin əsas məqsədi xəstəxana daxilində pasiyent təhlükəsizliyinin artırılması, yıxılma hallarının qarşısının alınması və bu istiqamətdə tibbi personalın bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Təlim Keyfiyyətə nəzarət üzrə komitə rəhbəri Rzayev Kənan tərəfindən aparılıb. Tədbir zamanı yıxılma riskinin müəyyən edilməsi üsulları, risk qrupuna daxil olan pasiyentlərin vaxtında aşkarlanması, düzgün qiymətləndirmə meyarları və profilaktik tədbirlər ətraflı şəkildə izah edilib. Eyni zamanda, xəstəxana şəraitində təhlükəsiz mühitin təşkili, palatalarda və dəhlizlərdə yarana biləcək risk faktorlarının aradan qaldırılması, pasiyentlərin düzgün müşahidəsi və nəzarətdə saxlanılması kimi vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Təlim çərçivəsində real nümunələr əsasında müzakirələr aparılıb, tibbi heyətin qarşılaşa biləcəyi hallarla bağlı praktiki tövsiyələr verilib və suallar cavablandırılıb. İştirakçılara bildirilib ki, yıxılma hallarının qarşısının alınması yalnız tibbi müdaxilə ilə deyil, eyni zamanda düzgün təşkil olunmuş iş prosesi, diqqət və operativ yanaşma ilə mümkündür.
Sonda qeyd olunub ki, bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi xəstəxanada xidmət keyfiyyətinin yüksəldilməsinə, pasiyent məmnunluğunun artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin gücləndirilməsinə mühüm töhfə verir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654