Talassemiya ilə mübarizədə müasir metodlar və uğurlu transplantasiyalar icra olunur
13 May 2026
504
Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə "Talassemiya 2026: Müasir klinik idarəetmə və yeni müalicə üfüqləri" elmi-praktik konfransı keçirilib. Konfransda talassemiyanın diaqnostikası, monitorinqi və müalicə strategiyaları müzakirə olunub.
Azmedinfo.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov çıxışında bildirib ki, səhiyyəyə həsr olunmuş tədbirin Heydər Əliyevin 103-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. O vurğulayıb ki, bu tədbir ulu öndərin səhiyyə sahəsində formalaşdırdığı və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf kursunun davamlılığını göstərir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında qeyd edib ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” ilk qanun 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb, 2020-ci ildə isə Prezident İlham Əliyev tərəfindən yeni qanun təsdiqlənib.
Mərkəz rəhbərinin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə 2022-ci ildə yaradılan Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2023-cü ilin yanvarından fəaliyyət göstərir. Həmin dövrdən etibarən Mərkəzin koordinasiyası ilə ümumilikdə 203 sümük iliyi transplantasiyası həyata keçirilib. Yeganə Abbasova bildirib ki, bu uğurlu nəticələr dövlətin insan sağlamlığına göstərdiyi diqqət və transplantasiya sahəsində aparılan islahatların mühüm göstəricisidir.
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Müalicə işləri üzrə müavini Səhər İsmayılova çıxışında bildirib ki, hazırda mərkəzdə gündəlik yüzlərlə pasiyentə ambulator xidmət göstərilir, qan köçürmə və sümük iliyi transplantasiyası kimi müasir müalicə üsulları tətbiq olunur. Laborator sistemlərin avtomatlaşdırılması və xidmətlərin tam dövlət təminatı ilə həyata keçirilməsi pasiyentlər üçün yüksək səviyyəli tibbi xidmət yaradır.
Tədbirdə talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin daha da təkmilləşdirilməsi, erkən diaqnostikanın genişləndirilməsi və müalicə imkanlarının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Konfrans iştirakçıları bu istiqamətdə beynəlxalq əməkdaşlığın və elmi təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654