Səhiyyə naziri Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının Prezidenti cənab Titsiano Onesti rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azmedinfo.az xəbər verir ki, görüş zamanı Vatikanla səhiyyə və pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin uşaq sağlamlığının qorunmasına dair birgə təşəbbüslər müzakirə olunub.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Dövlət başçısı tərəfindən humanitar və mədəniyyətlərarası dialoqa verilən xüsusi önəm iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Vatikanla əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Teymur Musayev qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bir sıra tarixi və dini abidələrin bərpası həyata keçirilib, humanitar əməkdaşlıq uğurla inkişaf etdirilib”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan səhiyyə sistemi son illərdə genişmiqyaslı islahatlar və dövlət proqramları nəticəsində əhəmiyyətli inkişaf yolu keçir: “Ölkədə müasir tibb infrastrukturu yaradılıb, yeni xəstəxana və ixtisaslaşmış tibbi mərkəzlər istifadəyə verilib, rəqəmsal səhiyyə həllərinin tətbiqi genişləndirilib. Xüsusilə pediatriya, talassemiya, ana və uşaq sağlamlığı sahələrində mühüm nailiyyətlər əldə olunub”.
Teymur Musayev qeyd edib ki, Heydar Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və “Bambino Gesu” pediatrik xəstəxanası arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığı daha da gücləndirir: “Memorandum çərçivəsində pediatriya sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tibbi heyətin peşəkar hazırlığı və Azərbaycanda uşaq sağlamlığı xidmətlərinin inkişafı nəzərdə tutulur. “Bambino Gesu” pediatrik xəstəxanası kimi dünya səviyyəli nüfuzlu tibb müəssisəsi ilə əməkdaşlıq Azərbaycanda pediatriya xidmətlərinin inkişafına mühüm töhfə verəcək”.
Öz növbəsində Titsiano Onesti Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, xüsusilə talassemiya və digər irsi xəstəliklərin idarə olunması sahəsində Azərbaycanın təcrübəsinin diqqətçəkən olduğunu vurğulayıb və imzalanan Memorandumun gələcəkdə uğurlu birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağını qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyətinin nazirliyin K. Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, və Azərbaycan Tibb Universitetində görüşlərin keçirməsi nəzərdə tutulur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654