Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi klassik tibb təhsilindən fərqli, müasir yanaşmaya əsaslanan yeni təhsil modeli ilə fəaliyyətə başlayıb. Universitetdə tətbiq olunan sistem son 10-15 ildə beynəlxalq təcrübədə sınaqdan keçirilmiş metodologiyalara əsaslanır.
Azmedinfo.az xəbər verir ki, Universitetdə təhsil prosesi üç əsas istiqamət — hibrid, spiral və interprofessional model əsasında qurulub. Klassik sistemdən əsas fərq ondan ibarətdir ki, tibb fakültəsi, tibb bacılığı, diş həkimliyi və əczaçılıq ixtisasları üzrə təhsil alan tələbələr ilk kursdan təməl tibbi elmləri birlikdə öyrənirlər. Bu yanaşma interprofessional təhsilin əsas elementlərindən biri hesab olunur və gələcək səhiyyə mütəxəssislərinin komanda şəklində işləmək bacarığını formalaşdırır. Hibrid təhsil sistemində ənənəvi kafedra anlayışı yoxdur. Müxtəlif ixtisaslardan olan müəllimlər birgə dərs aparır və bu metod tələbələrin mövzuları daha dərindən mənimsəməsinə imkan yaradır.
Spiral təhsil modelində mövzular bir kursda tam yekunlaşmır, əksinə, müxtəlif kurslarda mərhələli şəkildə yenidən tədris olunur. Beləliklə, tələbələr eyni mövzunu hər mərhələdə daha geniş və dərin formada öyrənirlər.
Fakültədə tətbiq olunan yeniliklərdən biri də “tərsinə çevrilmiş sinif” metodudur. Bu sistemdə mövzular əvvəlcədən tələbələrə təqdim edilir, onlar mövzunu müstəqil şəkildə öyrəndikdən sonra həm fərdi, həm də komanda formatında qiymətləndirmədən keçirlər.
Bundan əlavə, Universitetdə birinci kursdan etibarən elmi tədqiqat dərsləri keçirilir və tələbələrə elmi düşüncə bacarıqları aşılanır. Bu yanaşma onların yalnız nəzəri biliklə kifayətlənməməsinə, eyni zamanda tədqiqat yönümlü düşünmə vərdişləri qazanmasına şərait yaradır.
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı və universitet klinikasının baş direktoru Samir Babayev isə bildirib ki, universitet klinikası hazırda sürətli inkişaf mərhələsindədir.
Onun sözlərinə görə, hazırda klinika 109 çarpayılıq imkanla fəaliyyət göstərir və burada 20-dən çox ixtisaslı həkim çalışır. Klinikanın fəaliyyəti üç mərhələ üzrə qurulub. Birinci mərhələdə ambulator xidmətlər, pediatriya, terapiya və cərrahiyyə istiqamətləri üzrə poliklinik xidmətlər istifadəyə verilib. Laboratoriya və radiologiya bölmələri də artıq tam funksional şəkildə fəaliyyət göstərir.
Samir Babayev qeyd edib ki, ikinci mərhələdə təcili yardım xidmətinin açılması nəzərdə tutulur və bu xidmətin iyun ayında istifadəyə verilməsi planlaşdırılır.
Bundan əlavə, ilin sonuna qədər klinikanın əməkdaş sayının 230 nəfərə çatdırılması planlaşdırılır. Həmin dövrdə müəssisənin ambulator, təcili yardım, stasionar və poliklinik xidmətlərlə tam funksional fəaliyyət göstərəcəyi bildirilir.
Baş direktor vurğulayıb ki, klinikada çalışan əməkdaşların böyük hissəsi Qarabağda doğulub boya-başa çatan, bu torpaqlarla mənəvi bağlılığı olan insanlardır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654