Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azmedinfo.az xəbər verir ki, Səhiyyə naziri Azərbaycan hökumətinin səhiyyə sisteminin dayanıqlı inkişafı, tibb infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasını prioritet istiqamət kimi müəyyən etdiyini bildirib. Teymur Musayev qeyd edib ki, son illərdə ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb.
Nazir həmçinin vurğulayıb ki, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq səhiyyə sektorunda həyata keçirilən islahatların daha effektiv icrasına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir. Teymur Musayev gələcəkdə innovativ layihələrin, xüsusilə regional səhiyyə infrastrukturunun inkişafı və tibbi kadr potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və AİB-in bu proseslərə dəstək verməyə hazır olduğunu vurğulayıb. O, insan kapitalının inkişafı və sosial sektor layihələri baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi kadrların hazırlanması və innovativ tibbi texnologiyaların tətbiqi sahəsində yeni birgə təşəbbüslərə maraq göstərib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654