Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “EU4Health” aksiyası çərçivəsində Səhiyyə Nazirliyi, TƏBİB, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə “Azərbaycanda prioritet zoonoz xəstəliklərin riskinin birgə qiymətləndirilməsi” mövzusunda seminar təşkil edib. Bu mühüm tədbir xüsusilə Azərbaycan üçün aktual olan zoonoz xəstəliklərlə bağlı effektiv tərəfdaşlıq platforması yaratmaqla yanaşı, dövlət qurumlarının rəsmi nümayəndələrinin potensialını gücləndirmək baxımından böyük imkanlar yaradır.
Azmedinfo.az xəbər verir ki, seminarın praktiki hissəsində iştirakçılar ölkədə epidemioloji və epizootoloji nəzarətdə saxlanılan brusellyoz, quduzluq və qarayara xəstəlikləri üzrə real risk qiymətləndirmələri aparıblar. Tədbirin ümumi məqsədi prioritet zoonoz xəstəliklər üzrə birgə risk qiymətləndirmələrinin aparılması metodologiyasını formalaşdırmaq və ölkədə bu sahənin idarə olunmasının təkmilləşdirilməsi üçün potensial siyasət variantlarının müəyyən edilməsi üzrə Azərbaycanın milli potensialını artırmaqdır.
Bu çərçivədə qarşıya qoyulan xüsusi məqsədlər isə ilk növbədə iştirakçıların vahid proses daxilində birgə risk qiymətləndirmələrinin aparılması üçün beynəlxalq standartlara əsaslanan 10 addım haqqında tanışlığını və biliklərini artırmaqdan ibarətdir. Bununla yanaşı, müəyyən edilmiş prioritet zoonoz xəstəliklər üçün ilkin birgə risk qiymətləndirməsinin aparılması və bu fəsadların operativ həlli məqsədilə “Vahid Səhiyyə” (One Health) konsepsiyasına uyğun olaraq insan, heyvan və ətraf mühit interfeysində həyata keçirilə bilən potensial risk kommunikasiyası və idarəetmə variantlarının geniş müzakirə olunması prioritet istiqamətlərdəndir.
Seminarın yekun hədəfi kimi prioritet zoonoz xəstəliklər üçün birgə risk qiymətləndirmələrinin aparılması prosesini tam institusionallaşdırmaq məqsədilə həm milli, həm də sub-milli səviyyədə gələcəkdə icra olunacaq təqib tədbirlərinin və strateji yol xəritəsinin təsviri müəyyən edilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654