Azərbaycan və Qırğızıstan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq yeni mərhələdə innovativ təşəbbüslərlə davam etdirilir.
Azmedinfo.az xəbər verir ki, iki qardaş ölkənin elmi potensialının birləşdirilməsi istiqamətində növbəti addım olaraq, İsa Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının müəllim və III-IV kurs tələbələrindən ibarət 10 nəfərlik nümayəndə heyəti akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində olublar.
Səfərin məqsədi qırğızıstanlı mütəxəssislərin tibbi bioetika fənni üzrə müasir metodoloji yanaşmaları mənimsəməsi, Azərbaycan təcrübəsinin öyrənilməsi və nəzəri biliklərin praktik müstəvidə təkmilləşdirilməsi olub. Bu məqsədlə nümayəndə heyəti universitetin kafedralarında intensiv akademik mübadilə prosesinə cəlb ediliblər.
Proqramın ilk günü ATU-nun II Uşaq Xəstəlikləri Kafedrasının müdiri, professor Nailə Sultanova, I Daxili Xəstəliklər Kafedrasının dosenti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə qırğızıstanlı müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Sonra Təranə Tağı-zadənin rəhbərliyi ilə bioetikanın prinsipləri və müasir pediatriyada etik yanaşmaları əhatə edən geniş kurs təşkil olunub. Kurs çərçivəsində mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Daha sonra tədris proqramı 2 saylı Klinik Uşaq Xəstəxanasında klinik şəraitdə etik normaların tətbiqinə dair ustad dərsləri və mühazirələrin dinlənilməsi ilə davam edib. Həmçinin reanimasiya və intensiv terapiya bölmələrində xəstələrin idarə olunması prosesi ilə yaxından tanış olan heyət, həkim-pasiyent münasibətlərini praktik izləyiblər.
Növbəti gün qırğızıstanlı nümyəndə heyəti bioetikaya dair interaktiv mühazirələrdə iştirak ediblər, azərbaycanlı həmkarlarının təcrübələrini öyrəniblər.
Səfər çərçivəsində nümayəndə heyəti ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Konfrans çərçivəsində təşkil olunan innovativ startap müsabiqəsində qırğızıstanlı gənclərin təqdim etdiyi onkoloji xəstələrin reabilitasiya dövründə qidalanma proqramı haqqında layihə böyük maraq doğuraraq ikinci yerə layiq görülüb.
Qırğızıstanlı mütəxəssislər, həmçinin Azərbaycan - Türkiyə Allerqoloq və İmmunoloqlarının III Beynəlxalq Konfransında və Baku Medical Plazanın Qastroenterologiya Mərkəzinin 5-ci Bakı Endoskopik Forumunda iştirak edərək, azərbaycanlı həkimlərin ən son nailiyyətlərini və təcrübələrini mənimsəyiblər. Həmçinin 3 əməliyyat prosesini onlayn izləyiblər.
Akademik mübadilə zamanı tibb üzrə fəlsəfə doktorları, dosentlər - Afaq Axundova, Fəxriyyə Məmmədova, Ülviyyə Hacıyeva və professor Fatimə Seyidbəyovanın iştirakı ilə geniş müzakirələr və interaktiv treninqlər təşkil olunub.
Səfər çərçivəsində qonaqlar ATU-nun V kurs tələbələrinin bələdçiliyi ilə Azərbaycan Təbabəti Muzeyi, ATU-nun Anatomiya muzeyi və laboratoriyaları ilə tanış olublar, müxtəlif kafedralarda dinləmə dərslərinə qatılaraq universitetin tədris mühitini yüksək qiymətləndiriblər.
Səfərlərinin sonuncu günü ATU-da yeni doğulmuşların reanimasiyası üzrə xüsusi treninqi uğurla başa vuran nümayəndə heyəti sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650