“Bullyoz epidermolizin mozaikası” adlı beynəlxalq elmi dəyirmi masa
27 Fevral 2025
824
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrası və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə 28 fevral – Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Gününə həsr olunan “Bullyoz epidermolizin mozaikası” adlı dəyirmi masa keçirilib.
Azmedinfo.az xəbər verir ki, beynəlxalq elmi tədbir nadir xəstəliklər barədə maarifləndirmənin artırılması, erkən diaqnostika və müalicə imkanlarının yaxşılaşdırılması üçün mütəxəssislər, aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, beynəlxalq və yerli ekspertlər, mütəxəssislər tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis eksperti-dermatoveneroloq, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov giriş sözü ilə çıxış edib. O, tədbirin əhəmiyyətini vurğulayıb və bildirib ki, anadangəlmə bullyoz epidermoliz və ixtioz xəstəlikləri ilə bağlı aparılan fikir mübadiləsi ölkəmizdə mövcud vəziyyətin təhlili və əsas problemlərin müəyyənləşdirilməsi, diaqnostika, müalicə və dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına öz töhfəsini verəcək.
Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyinin nadir xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri namizədi Yuliya Kotalevskaya, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dermatonevrologiya və Kosmetologiya üzrə Respublika Elmi-Təcrübi Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Akram Rahmatov və həmin mərkəzin Genetik Dermatozlar bölməsinin rəhbəri Mədəmin Xaldarbekov, Global Rare Diseases Eurasia şirkətinin tibb meneceri, farmokologiya üzrə fəlsəfə doktoru Pavel Fedosov sessiyalarda geniş təqdimatla çıxış ediblər.
Bulyoz epidermoliz xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654