Professor Gülnaz Dadaşova: Könüllülərimiz gələcəyin uğurlu həkimləri, alimləri və səhiyyə liderləri olacaqlar
07 İyun 2026
310
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammitinin təşkilində fəal iştirak etmiş könüllülərin təltifetmə mərasimi keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi, əməkdaşları və könüllülər iştirak ediblər. Bildirilib ki, 20–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən və 11 ölkədən aparıcı alimləri, beynəlxalq ekspertləri, səhiyyə rəhbərlərini və gənc tədqiqatçıları bir araya gətirən Konqres və Sammitin uğurla təşkilində könüllülərin əməyi xüsusi rol oynayıb.
Mərasimdə çıxış edən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova könüllülərin tədbirin təşkilati proseslərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Bu gün biz yalnız bir tədbirin uğurunu deyil, həm də gənclərin elmə, səhiyyəyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni qeyd edirik. Könüllülərimizin enerjisi, məsuliyyəti və peşəkar yanaşması sayəsində Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti yüksək səviyyədə təşkil olundu. İnanıram ki, bu gün burada olan gənclər gələcəyin uğurlu həkimləri, alimləri və səhiyyə liderləri olacaqlar.”
Qeyd olunub ki, Sammit çərçivəsində könüllülər qonaqların qarşılanması, iştirakçıların koordinasiyası, elmi sessiyaların təşkili, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti və digər mühüm istiqamətlər üzrə fəal fəaliyyət göstəriblər.
Sonda tədbirin təşkilinə verdikləri töhfəyə görə könüllülərə təşəkkürnamələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142