Professor Gülnaz Dadaşova: Kardiologiya sahəsindəki müasir tədqiqatlar tibbi xidmətin keyfiyyətini yüksəldir
22 İyun 2026
310
19 iyun 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Azmnedinfo.az xəbər verir ki, iclasda institutun elmi fəaliyyətinin inkişafı və yüksəkixtisaslı elmi kadr hazırlığı istiqamətində mühüm məsələlər müzakirə olunub.
İnstitutun direktoru, şuranın sədri, professor Gülnaz Dadaşova çıxışında bildirib ki, elmi fəaliyyətin gücləndirilməsi və gənc tədqiqatçıların dəstəklənməsi müəssisənin əsas prioritet istiqamətlərindəndir: “Kardiologiya sahəsində aparılan müasir elmi tədqiqatlar yalnız nəzəri biliklərin zənginləşməsinə deyil, həm də pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Elmi potensialın inkişafı və yeni tədqiqatçı nəslinin formalaşdırılması institutumuzun qarşısında duran mühüm vəzifələrdən biridir.”
Gündəlikdə yer alan məsələlər sırasında institutun böyük elmi işçisi Ruslan Nəcəfovun tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Preklinik aterosklerozun əmələ gəlməsində, inkişafında və baş verən ağırlaşmalarda müxtəlif risk amillərinin rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi aparılıb.
Bununla yanaşı, institutun doktorantı Günel Abdiyevanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı “Sol mədəciyin kəskin miokard infarktı və sol mədəciyin AF 40%-ə qədər olan pasiyentlərdə finerenonun effektivliyinin öyrənilməsi” mövzusunda dissertasiya işinin təsdiqi məsələsinə baxılıb.
Müzakirələr zamanı təqdim olunan elmi tədqiqatların aktuallığı, praktik əhəmiyyəti və kardiologiya elminin inkişafına verə biləcəyi töhfələr yüksək qiymətləndirilib.
İclasın sonunda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650