“Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair Azərbaycan üzrə milli tədqiqat aparılıb
01 İyul 2026
310
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair (HBSC – Health Behaviour in School-aged Children) 2025–2026-cı illər üzrə Azərbaycan milli tədqiqatının sahə işləri mərhələsi başa çatıb.
Azmedinfo.az xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası əsasında aparılan sorğular Elm və Təhsil Nazirliyi, ÜST-nin Avropa Regional Bürosu və HBSC beynəlxalq tədqiqat şəbəkəsinin əməkdaşlığı çərçivəsində reallaşıb.
Milli tədqiqat çərçivəsində ölkə üzrə 11, 13 və 15 yaşlı 12 mindən çox şagird sorğuya cəlb edilib. Prosesin şəffaf aparılması məqsədilə, HBSC tədqiqatının xüsusi hazırlanmış metodologiyası əsasında respublika üzrə iki mərhələli təsadüfi seçim üsulu ilə 90 ümumtəhsil müəssisəsinin şagirdləri müəyyənləşdirilib. Bura Bakı şəhəri üzrə 25, Abşeron rayonu (Sumqayıt və Xırdalan daxil olmaqla) üzrə 10 və digər regionlardan 55 məktəb daxil edilib. Sorğular məktəb rəhbərlikləri ilə əvvəlcədən razılaşdırılmış vaxtda və valideynlərin, uşaqların rəsmi razılığı əsasında anonim şəkildə həyata keçirilib.
Şagirdlərin cavablandırdığı anketlərdə yeniyetmələrin sağlamlıq vəziyyəti, psixoloji rifahı, ailə və məktəb mühiti, həmyaşıdlararası münasibətlər, asudə vaxt və sosial şəbəkələrdən istifadə mövzuları yer alıb. Bununla yanaşı, risk faktorlarının və zərərli vərdişlərin aşkar edilməsi məqsədilə 13–15 yaş qrupuna daxil olan şagirdlər üçün anketlərə tütün və spirtli içkilərə dair xüsusi suallar da əlavə olunub.
Toplanan etibarlı məlumatlar ölkəmizdəki məktəbli uşaqlar arasında sağlam davranışların öyrənilməsinə, eləcə də digər ölkələrin, xüsusilə region dövlətlərinin göstəriciləri ilə müqayisə edilməsinə geniş imkan yaradacaq. Yeni mərhələ ötən illər ərzində uşaqların sağlamlıq davranışlarında baş verən müsbət və ya mənfi dinamikanı dəqiq qiymətləndirməyə kömək edəcək. Sorğunun nəticələri dövlət qurumlarına uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün əsas hədəfləri təyin etməyə və gələcək sağlamlıq siyasətini formalaşdırmağa dəstək verəcək.
Qeyd edək ki, ÜST-nin eyni metodologiyasına əsaslanan bu qlobal tədqiqat Azərbaycanda ilk dəfə 2017-ci ildə keçirilib və nəticələri müvafiq beynəlxalq hesabatda dərc olunub. Bu tədqiqata artıq 40 ilə yaxındır ki, Avropa və Şimali Amerikada geniş yer verilir və hazırda 45 ölkədə hər 4 ildən bir keçirilir. Azərbaycanın bu nüfuzlu beynəlxalq əməkdaşlıq şəbəkəsindəki üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınır və dəstəklənir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654