TƏBİB və bp-nin tərəfdaşlığı çərçivəsində Yeni Klinikada Tibbi Tədris - Simulyasiya Mərkəzinin açılışı olub
09 İyul 2026
486
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris - Simulyasiya Mərkəzi istifadəyə verilib.
Azmedinfo.az xəbər verir ki, Mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir. Müasir beynəlxalq standartlara cavab verən çoxfunksiyalı bu Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.
Mərkəzin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev, bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Milli Məclisinin deputatları Pərvanə Vəliyeva, Könül Nurullayeva və Sevinc Hüseynova, Yeni Klinikanın direktoru Zəhra Vəzirova, “Sağlamlığa Xidmət” İB-nin direktoru Elçin Muxtarlı, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bahadur Rzayev bildirib ki, Mərkəzin yaradılması daha keyfiyyətli tibbi xidmətlər göstərmək üçün resursların inkişafı baxımından mühüm addımdır. Burada tətbiq olunan simulyasiya əsaslı təlim modeli tibb işçilərinin praktik hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə imkan yaradacaq və Azərbaycanda tibbi xidmətlər sahəsində insan kapitalının gücləndirilməsinə önəmli töhfə verəcək.
Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib ki, keyfiyyətli tibbi xidmətlərin əsasında hazırlıqlı və bilikli tibb mütəxəssisləri dayanır. Bu layihəyə dəstək verməkdə məqsəd tibb işçilərinin müasir təlim imkanlarına çıxışının genişləndirilməsinə və onların peşəkar bacarıqlarının inkişafına töhfə verməkdir.
Daha sonra çıxış edənlər Tibbi Tədris - Simulyasiya Mərkəzinin tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəz ilə tanış olub, mütəxəssislər tərəfindən təqdim olunan təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisini izləyiblər.
Nümayiş zamanı müasir simulyasiya avadanlıqlarının imkanları, müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi əyani şəkildə təqdim olunub.
Tibbi Tədris - Simulyasiya Mərkəzində təcili tibbi yardım ssenarilərinin praktiki şəkildə tətbiqinə imkan verən müasir simulyasiya avadanlıqları, onlayn təlimlərin idarə olunmasını və video-arxivin formalaşdırılmasını təmin edən rəqəmsal platforma, təlimlərin real vaxt rejimində yayımlanması üçün audio-vizual infrastruktur, həmçinin tam təchiz olunmuş təlim otaqları yaradılıb. Layihə çərçivəsində yaradılan virtual platforma isə regionlarda çalışan tibb işçilərinə və tələbələrə canlı yayımları izləmək, video arxivdən və digər tədris materiallarından məsafədən istifadə etmək imkanı yaradacaq.
Qeyd edək ki, layihə 17 yanvar 2026-cı il tarixində qüvvəyə minmiş qrant yardım müqaviləsinə əsasən bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi ilə "Sağlamlığa Xidmət" İctimai Birliyi tərəfindən həyata keçirilir. Mərkəz ilkin mərhələdə təcili tibbi yardım modulunu əhatə edir. Gələcəkdə reanimasiya və intensiv terapiya, neonatologiya və doğuş üzrə daha üç modulun yaradılması planlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654