ETPİ-də neonatologiyada klinik çağırışlar və müasir diaqnostika üsulları müzakirə edilib
09 İyul 2026
362
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) "Neonatologiyada klinik çağırışlar: Diaqnostika və müalicə" mövzusunda elmi-praktik konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə neonatologiya sahəsində çalışan mütəxəssislər, həkimlər və elmi işçilər iştirak ediblər.
Konfransda giriş nitqi ilə çıxış edən ETPİ-nin direktoru tədbirin neonatologiya sahəsində çalışan mütəxəssislər üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, yenidoğulmuşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir elmi nailiyyətlərin praktikaya tətbiqi və mütəxəssislərin davamlı peşəkar inkişafı institutun fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.
Tədbirin moderatorları dosent Aynur Poluxova, professor Fatimə Seyidbəyova və dosent Sevinc Nəsirova olublar.
Konfrans çərçivəsində yenidoğulmuşlarda intensiv terapiya, neonatal sepsisin müasir diaqnostika və müalicə prinsipləri, son protokollar, respirator dəstək üsulları, qanın turşu-qələvi müvazinəti və digər aktual mövzular üzrə elmi məruzələr təqdim olunub. Məruzələr zamanı beynəlxalq klinik protokollar, sübutlara əsaslanan yanaşmalar və praktik təcrübə müzakirə edilib.
Tədbirin əsas məqsədi neonatologiya sahəsində müasir elmi yeniliklərin və qabaqcıl klinik təcrübənin mütəxəssislərlə paylaşılması, yenidoğulmuşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə vermək olub.
Konfrans çərçivəsində institut tərəfindən görkəmli alim, professor Nadir Tağıyevin əziz xatirəsinə həsr olunmuş "Neonatal sepsis" adlı metodik tövsiyə haqqında məlumat verilib. Müasir beynəlxalq tövsiyələr və elmi sübutlar əsasında hazırlanmış nəşr neonatal sepsisin erkən diaqnostikası, müalicəsi və profilaktikası sahəsində praktik həkimlər üçün stolüstü vəsait kimi nəzərdə tutulub.
Məruzələr zamanı yenidoğulmuşlarda kritik vəziyyətlərin erkən diaqnostikası, müasir müalicə protokolları, intensiv terapiya prinsipləri və klinik təcrübədə rast gəlinən mürəkkəb halların idarə olunması ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Konfransın yekunu olaraq, əsrin bəlası hesab olunan antibiotik rezistentliyinə zəmin yaradan amillər geniş müzakirə olunub və bu məsələnin həlli istiqamətində ETPİ-nin Səhiyyə Nazirliyinə ünvanladığı təklif xüsusi maraq doğurub. Vurğulanıb ki, bu istiqamətdə görüləcək tədbirlər təkcə ETPİ üçün deyil, bütövlükdə ölkəmiz üçün olduqca aktualdır. Çıxışlar zamanı mütəxəssislərin şəxsi peşəkar təcrübələrinə və klinik müşahidələrinə əsaslanan nümunələrin təhlili iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654