Öd daşı aşkar edildikdə insanların ilk suallarından biri "Mütləq əməliyyat olunmalıyam?" olur.
Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq və invaziv endoskopist Dr. Aqil Ağakişiyevin sözlərinə görə, bu sualın cavabı daşın yerləşdiyi nahiyədən və yaratdığı şikayətlərdən asılıdır.
Mütəxəssis bildirir ki, əgər daş öd yollarında yerləşirsə, bəzi hallarda onu ERCP (Endoskopik Retroqrad Xolangiopankreatoqrafiya) adlanan endoskopik üsulla cərrahi kəsik aparılmadan çıxarmaq mümkündür. Bu prosedur zamanı ağızdan xüsusi endoskop daxil edilərək öd yollarına çatdırılır və daş xaric edilir.
Dr. Aqil Ağakişiyev qeyd edir ki, daş öd kisəsində yerləşdikdə isə müalicə üsulu daşın ölçüsü, sayı və yaratdığı problemlər nəzərə alınaraq müəyyən edilir. Onun sözlərinə görə, bəzi hallarda xəstənin müşahidə altında saxlanılması kifayət edir, digər hallarda isə cərrahi müdaxilə tövsiyə olunur.
Ekspert vurğulayır ki, bəzi insanlarda öd daşı uzun illər ərzində heç bir narahatlıq yaratmaya bilər. Lakin digər xəstələrdə sağ qabırğaaltı nahiyədə ağrı, ürəkbulanma, qusma, qızdırma və ya sarılıq kimi əlamətlər müşahidə oluna bilər.
Mütəxəssis sonda xatırladır ki, öd daşı diaqnozu hər zaman əməliyyat zərurəti demək deyil. Ən uyğun müalicə taktikası yalnız həkim müayinəsi və müvafiq diaqnostik nəticələr əsasında seçilməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654