Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) “Ürək çatışmazlığında yeniliklər: 2026” mövzusunda elmi seminar keçirilib.
Azmedinfo.az xəbər verir ki, İnstitutun direktoru, professor Gülnaz Dadaşovanın sədrliyi ilə baş tutan tədbirdə tibb elmləri doktoru Azad Hacıyev məruzə ilə çıxış edib. Məruzəçi ürək çatışmazlığının diaqnostikası və müalicəsindəki son elmi yeniliklər, beynəlxalq klinik tövsiyələrdəki dəyişikliklər, müasir dərman terapiyası, cihazla müalicə üsulları və xəstələrin uzunmüddətli izlənməsi ilə bağlı aktual məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Seminarda institutun həkimləri, rezidentləri və elmi əməkdaşları iştirak edərək mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ürək çatışmazlığının idarə olunmasında multidissiplinar yanaşmanın əhəmiyyəti, erkən diaqnostikanın rolu və müasir müalicə strategiyalarının tətbiqi məsələlərinə xüsusi toxunulub.
Tədbirdə çıxış edən professor Gülnaz Dadaşova ürək çatışmazlığının bütün dünyada səhiyyə sisteminin ən başlıca çağırışlarından biri olduğunu vurğulayıb. O, xəstəliyin vaxtında aşkar edilməsinin və müasir protokollara uyğun idarə olunmasının insan ömrünün uzadılmasında həlledici rol oynadığını bildirib. Eyni zamanda, institutda keçirilən bu cür seminarların yerli kardioloqların beynəlxalq təcrübəyə inteqrasiyasına böyük təkan verdiyini diqqətə çatdırıb.
Seminar iştirakçıların suallarının cavablandırılması və elmi müzakirələrlə yekunlaşıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654