"Klinik pediatriya: yeniliklər və perspektivlər" mövzusunda vebinar keçirilib
28 İyul 2026
268
24-26 iyul tarixlərində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə "Milli Pediatrik Akademiya" layihəsi çərçivəsində "Klinik pediatriya: yeniliklər və perspektivlər" mövzusunda vebinar keçirilib.
Azmedinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 11 (DTT) balı ilə qiymətləndirilən elmi-praktik vebinarda respublikanın müxtəlif tibb müəssisələrini təmsil edən 170-dən çox pediatr, uşaq mütəxəssisi və gənc tədqiqatçı iştirak edib.
Vebinarın ilk günündə APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin təqdim etdiyi məruzə "İlkin səhiyyə xidmətində uşaq qastroenterologiyası" mövzusunda olub.
Məruzə ilkin səhiyyə halqasında uşaq qastroenteroloji xəstəliklərinin vaxtında diaqnostikasının həyati əhəmiyyəti, mədə-bağırsaq sistemi pozuntularının erkən əlamətlərinin düzgün qiymətləndirilməsi kimi mühüm məsələləri əhatə edib.
Alim, müzakirələrdə pofilaktik tədbirlərin gücləndirilməsi və müasir kliniki protokollara əsaslanan müalicə metodlarının effektiv tətbiqindən ətraflı danışıb. Həmçinin dərman vasitələrinin məqsədyönlü təyini üzrə mühüm elmi-praktik tövsiyələrini diqqətə çatdırıb.
Daha sonra APA-nın üzvləri olan, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının təcrübəli həkimləri t.ü.f.d., dosent Ülviyyə Hacıyeva "Uşaqlarda aşağı tənəffüs yollarının infeksiyalarına dair klinik keyslərin təhlili və müalicəsinə müasir baxış", t.ü.f.d., dosent Fəxriyyə Məmmədova "Uşaqların müalicəsində pasiyentmərkəzli yanaşma: imkanlar və perspektivlər" və t.ü.f.d., dosent Lalə Hidayətova “Uşaqlarda iştahanın azalmasına müasir yanaşma: fizioloji xüsusiyyətlərdən xəstəliklərə qədər” mövzularında məruzələr səsləndiriblər.
Bu təqdimatlarda uşaqlarda tənəffüs sistemi xəstəliklərinin diaqnostikası, pasiyent yönümlü tibbi xidmətin uşağın psixo-emosional inkişafındakı rolu, eləcə də iştahasızlığın altındada yatan fizioloji və patoloji səbəblərin düzgün aşkarlanması kimi mühüm elmi-praktik məqamlar xüsusi vurğulanıb.
Vebinarın növbəti günlərində Dr. Ləman Əlirzayeva "Yenidoğulmuşlarda erkən diaqnostika və daban qanı skrininqi", t.ü.f.d. Elnur İmanov "Uşaqlarda qulaqcıqlar arası çəpər defektinin transkateter yolla bağlanması" və Dr. Səbinə Cəfərova "Valideyn–həkim münasibətində etibar böhranı: səbəblər, nəticələr və həll yolları" adlı təqdimatlarla çıxış ediblər.
Çıxışlarda yenidoğulmuşlarda xəstəliklərin daban qanı skrininqi vasitəsilə aşkar edilməsinin vacibliyi, anadangəlmə ürək qüsurlarının transkateter üsullarla uğurlu müalicəsi, habelə həkimlə müalicə alan uşağın valideyni arasında qarşılıqlı inama söykənən ünsiyyətin qurulmasının müalicə prosesinə müsbət təsirləri diqqətə çatdırılıb.
Vebinarın növbəti sessiyasında Dr. Səbinə Xəlilova "Hipotonik uşaq. Sinir-əzələ xəstəlikləri" və Dr. Ülviyyə Quliyeva "Uşaqlarda epilepsiyaların diaqnostikasına müasir yanaşma" mövzusunda çıxış edərək, əzələ gərginliyinin azalması ilə müşahidə olunan mürəkkəb patologiyaların diaqnostikasını, epilepsiyanın müasir müayinə standartları və beynəlxalq protokollara əsaslanan kompleks yanaşma prinsiplərini geniş izah ediblər.
Müzakirələrdə iştirakçıların çoxsaylı sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb, klinik təcrübədən nümunələr ətrafında interaktiv fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654