Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov ölkədə orqan transplantasiyası sahəsində son illər əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, həyata keçirilən islahatlar nəticəsində transplantasiya xidməti yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə görülən işlər gələcək üçün mühüm perspektivlər yaradır.
Açılış nitqi ilə çıxış edən Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ölkədə orqan donorluğu və transplantasiya sahəsində görülən işlər, eləcə də əldə olunan nəticələr barədə məlumat verib. O qeyd edib ki, ötən il ölkədə 56, cari ildə isə indiyədək 26 vəfat etmiş donordan orqan və toxumalar götürülərək transplantasiyaya ehtiyacı olan xəstələrə uğurla köçürülüb.
Yeganə Abbasova vurğulayıb ki, orqan donorluğunun inkişafında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, cəmiyyətin düzgün məlumatlandırılması, donor mədəniyyətinin təşviqi və orqan bağışlanmasına müsbət ictimai münasibətin formalaşdırılması transplantasiya sahəsinin inkişafının əsas prioritetlərindəndir.
Tədbir çərçivəsində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Günay Abbasova "Donor ol, həyat bəxş et" mövzusunda təqdimatla çıxış edib. O, orqan donorluğu və transplantasiya prosesi ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətirib, donor orqan transplantasiyasının mərhələləri, resipiyentlərin qeydiyyatı, tibbi müayinələr və donor seçimi haqqında ətraflı məlumat verib.
Maarifləndirici tədbirdə transplantasiya üzrə koordinator İntizar Məmmədova "Qaraciyər transplantasiyası: Yeni həyata açılan qapı", həkim-dietoloq Gülnar Abdullayeva "Qaraciyərin qorunmasında qidalanmanın rolu", infeksionist Səxavət Xəlilli "Hepatit B" və həkim-rezident Gülnar Hüseynova "Alkoqolla əlaqəli qaraciyər xəstəliyi" mövzularında təqdimatlarla çıxış edərək iştirakçıları aktual tibbi məlumatlarla tanış ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür maarifləndirici tədbirlər əhalinin qaraciyər sağlamlığı, orqan donorluğu və transplantasiya haqqında məlumatlılığının artırılmasına, cəmiyyətdə donor mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654