“Qızıl yaşlar” layihəsi çərçivəsində 65+ yaşlı şəxslərdə xəstəliklərin erkən aşkarlanması aparılır
05 Avqust 2026
280
TƏBiB-in dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən həyata keçirilən “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə 65+ yaşlı şəxslərin profilaktik tibbi müayinələri davam etdirilir.
Azmedinfo.az Mərkəzin məlumatına istinadən yazır ki, ötən ay ərzində 65 yaşdan yuxarı əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və aktiv, keyfiyyətli həyatın dəstəklənməsi istiqamətində ailə həkimləri hədəf müəyyənləşdirilərək vətəndaşların kompleks sağlamlıq vəziyyəti qiymətləndirilib. İyul ayı ərzində 11260 nəfər profilaktik tibbi müayinələrə cəlb olunub, onlardan 2866 nəfərə evdə tibbi xidmət göstərilib, ümumi müayinə olunan şəxslərdən 876 nəfəri əlilliyi olan şəxslərdir, 32 nəfərdə isə əlillik meyarına uyğun xəstəlik aşkar olunub.
Belə ki, profilaktik tibbi müayinələr nəticəsində ilkin aşkar olunan xəstə sayı 808 nəfərdir. Həmin şəxslərdə 1446 müxtəlif xəstəliklər aşkar edilib. Müayinələr zamanı 502 nəfərdə qan-dövranı sisteminin xəstəlikləri, 186 nəfərdə endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, 172 nəfərdə həzm sisteminin xəstəlikləri, 111 nəfərdə sidik-cinsiyyət sisteminin xəstəlikləri və digər xəstəliklər aşkar edilib.
Məlumat üçün bildiririk ki, iyul ayının 1-dən etibarən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə 65+ yaşlı şəxslərin profilaktik tibbi müayinələri həyata keçirilir. Profilaktik tibbi müayinələrin keçirilməsində əsas məqsəd yaşla bağlı risklərin (insult, infarkt və ya osteoparozla bağlı travmalar) müəyyən olunması, ürək-damar, şəkərli diabet, onkologiya, nevrologiya və s. xroniki xəstəliklərin və onların ağırlaşmalarının erkən diaqnostikası, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinin erkən başladılması və həyat keyfiyyətinin qorunmasıdır. İlkin mərhələdə müayinələrin Bakı şəhərinin 11 tibb müəssisəsi üzrə 70 mindən çox 65+ yaşlı əhalisini əhatə etməsi nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654