Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Avqust 2026, Cümə axşamı, 07:34
Əlaqə vasitələri
Bizimlə əlaqə
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti artırılır
06 Avqust 2026
144

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

 

Azmedinfo.az xəbər verir ki, bu çərçivədə institutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlər və tibb heyəti ilə görüş keçirilib, xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlə tanışlıq baş tutub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara yaxından dəstək göstərilməsi istiqamətində fəaliyyət aparacaqlar.

 

İnstitut rəhbərliyi könüllülərin bu fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Ən çox oxunanlar