Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
25 Avqust 2026, Çərşənbə axşamı, 08:32
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır  
21 Avqust 2026
144
 Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır   
Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, invaziv-kardioloq Şahanə Ələsgərli, invaziv-kardioloq Gülay Məmmədova, həkim-nefroloq Taleh Nağdəliyev və həkim-rezident Anar Kərimxanovun müəllifi olduqları “From Stroke to the Final Diagnosis: Cardiac Amyloidosis” adlı məqalə beynəlxalq elmi nəşr olan “Cureus Journal of Medical Science” jurnalında dərc olunub.
 
Azmedinfo.az xəbər verir ki, məqalədə 43 yaşlı pasiyentdə kompleks müayinələr nəticəsində ürək amiloidozunun aşkarlanması və diaqnostik yanaşmalar təqdim edilib.
 
Bununla yanaşı, Kardiologiya şöbəsinin 4-cü kurs rezidenti Şövkət Cavadova Avropa Kardiologiya Cəmiyyətinin (ESC) “Yetkin şəxslərin Transtorakal Exokardioqrafiyası” üzrə sertifikasiya imtahanından uğurla keçərək beynəlxalq sertifikat əldə edib.
 
Ş.Cavadova Azərbaycanda rezidentura təhsili müddətində bu sertifikata layiq görülən ilk həkimdir.
 
Bu nailiyyətlər Yeni Klinikanın əməkdaşlarının beynəlxalq elmi və peşəkar platformalarda təmsil olunmasının, müasir tibbi bilik və bacarıqların inkişafına verdikləri töhfənin göstəricisidir
Ən çox oxunanlar