Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə ənənəvi "Sülh Aylığı"nın elan olunması ilə bağlı müraciət yayıb.
Azmedinfo.az xəbər verir ki, BMT Baş Assambleyası tərəfindən 2026-cı il üçün müəyyən edilmiş "Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün" devizinə diqqət çəkən Ombudsman qeyd edib ki, davamlı sülh yalnız müharibənin olmaması ilə deyil, həm də insan hüquqlarına hörmət, ədalət, bərabərlik və dialoq mədəniyyətinin təşviqi ilə təmin olunur.
Müraciətdə 2025-ci il 8 avqustda Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və 2026-cı ilin yanvarında Davosda ölkəmizin Sülh Şurasına təsisçi üzv kimi qoşulması regional və qlobal sabitliyə verilən mühüm töhfələr kimi xüsusi vurğulanıb. Bununla yanaşı, davamlı sülh üçün mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılmasının, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsinin vacib şərt olduğu bildirilib.
Elan edilən aylığın əsas məqsədi cəmiyyətdə insan hüquqları və sülh mədəniyyəti üzrə maarifləndirməni gücləndirmək, qarşılıqlı etimad mühitini möhkəmləndirmək, xüsusilə uşaq və gənclər arasında dözümlülük və həmrəylik dəyərlərini aşılamaqdır. Bu çərçivədə Ombudsman dövlət və bələdiyyə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, media nümayəndələrini, təhsil, mədəniyyət və səhiyyə müəssisələrini, eləcə də geniş ictimaiyyəti maarifləndirici konfranslar, seminarlar, dəyirmi masalar, müsabiqə və sərgilər təşkil etməyə çağırıb, həmçinin fəaliyyətlərin mediada və sosial platformalarda #SülhAylığı və #PeaceMonth həştəqləri ilə işıqlandırılmasını tövsiyə edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654