Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Oktyabr 2026, Cümə, 01:27
Əlaqə vasitələri
Bizimlə əlaqə
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olundu  
30 Avqust 2026
266
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olundu  

Mərkəzi Neftçilər Xəstəxanasında ötən ilin iyun ayından etibarən həyata keçirilən TAVİ prosedurları istiqamətdə fəaliyyət uğurla davam etdirilir.


Azmeinfo.az xəbər verir ki, cari ilin avqust ayı ərzində ağır aorta stenozu olan 5 pasiyent üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Bu, xəstəxanada mürəkkəb və müasir kardioloji prosedurların davamlı şəkildə həyata keçirildiyini göstərir.


Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsi açılmadan və ürək dayandırılmadan həyata keçirilən minimal invaziv üsuldur. Prosedur zamanı daralmış aorta qapağı kateter vasitəsilə yeni bioloji qapaqla əvəz olunur. Bu üsul xüsusilə açıq ürək əməliyyatının yüksək risk daşıdığı yaşlı və ağır xəstələr üçün böyük üstünlük yaradır.


TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və müvafiq tibbi göstəriş olduqda sığorta çərçivəsində qarşılanır.

Ən çox oxunanlar