Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş
01 Sentyabr 2026
244
Mərkəzi Gömrük Hospitalında 2026-cı ildə rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minarə Qafarova, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisləri Azad Əhmədov və Şəhla Mirzəzadə və həkim-rezidentlər iştirak ediblər.
Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, müasir tibbi bilik və bacarıqlara yiyələnməsi, eləcə də elmi-tədqiqat fəaliyyətinə cəlb olunması üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev çıxış edərək Hospitalda tətbiq olunan müasir diaqnostika və müalicə üsulları, həyata keçirilən mürəkkəb və unikal tibbi əməliyyatlar, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən Florence Nightingale Xəstəxanalar Qrupu, Böyük Britaniyanın Birmingham Women’s and Children’s Hospital və digər nüfuzlu tibb müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verib.
O, rezidentlərin təcrübəli və yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında çalışaraq klinik təcrübə qazanmaları, müasir tibbi yanaşmaları mənimsəmələri və öz peşəkar potensiallarını inkişaf etdirmələri üçün yaradılan imkanlardan səmərəli istifadə etmələrinin əhəmiyyətini qeyd edib.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında həkim-rezidentlərin yeni peşəkar mərhələyə qədəm qoyduqlarını qeyd edərək, rezidentura müddətində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı rezidentlərin təhsil və iş prosesi, klinik təcrübə, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar inkişaf imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həkim-rezidentlərin sualları cavablandırılıb, onların təklif və gözləntiləri dinlənilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261170
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026740
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026732
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026634
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026628
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026626
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026612
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026578
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026562
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026444
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026442
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026422
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314