Rusiyanın “Regional Əməkdaşlıq Mərkəzi”nin və ölkədə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən mütəxəssislərdən ibarət qrup TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada olub.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, səfərin məqsədi tibb müəssisəsinin fəaliyyətinin təşkili və tibbi xidmətlərin göstərilməsi sahəsində təcrübənin öyrənilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.
TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova və Yeni Klinikanın direktoru Zəhra Vəzirovanın iştirakı ilə keçirilən görüşdə tibb xidmətlərinin inkişafı, tibb müəssisələrinin fəaliyyətinin təşkili, kadr hazırlığı, regionlarda çoxprofilli klinikaların yaradılması, reanimasiya və intensiv terapiya üzrə mütəxəssis hazırlığı, keyfiyyətə nəzarət, audit, satınalma və icbari tibbi sığorta mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mütəxəssis heyətinin üzvləri təmsil etdikləri ölkənin səhiyyə sistemində tətbiq olunan yanaşmalar və resursların səmərəli idarə olunması üzrə təcrübələrini bölüşüblər.
Səfər çərçivəsində qonaqlar Yeni Klinikanın müvafiq şöbə və bölmələri, eləcə də Tibbi Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzi ilə tanış olublar. Mütəxəssis qrupuna, həmçinin tibbi xidmətlərin təşkili, hemotransfuziya, əməliyyatdan sonrakı ağrıların idarə olunması, laboratoriya xidmətləri, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi, eləcə də inzibati-texniki proseslər barədə məlumat verilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654