Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas diqqət infrastrukturun yenilənməsi ilə yanaşı, tibbi xidmətlərin modernləşdirilməsinə və keyfiyyətinin artırılmasına yönəldilir.
Azmedinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, maddi-texniki bazanın yaxşılaşdırılması, həkimlərin ixtisaslarının təkmilləşdirilməsi və dünya tibbinin müvafiq sahələrinə inteqrasiya istiqamətində mühüm işlər görülüb.
Deputatın sözlərinə görə, icbari tibbi sığorta modelinin tam şəkildə fəaliyyət göstərməsi də səhiyyə sistemində aparılan dəyişikliklərin mühüm istiqamətlərindən biridir. Həkimlərin maddi təminatının yaxşılaşdırılması, o cümlədən müvafiq ixtisaslar üzrə əməkhaqlarının artırılması bu prosesin mühüm tərkib hissəsidir.
Müşfiq Məmmədli qeyd edib ki, hazırda ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində konkret layihələr həyata keçirilir və real nəticələr əldə olunur: “Təcili tibbi yardım sisteminin, o cümlədən ambulans xidmətinin, həmçinin stasionarlarda təcili tibbi yardım xidmətinin modernləşdirilməsi istiqamətində işlər aparılır”.
Deputat onkoloji xəstəliklərlə mübarizə sahəsində dövlət və özəl sektorun paralel fəaliyyətinin də əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər bu istiqamətdə əsas işlər dövlət proqramları çərçivəsində həyata keçirilirdisə, hazırda özəl sektorun da prosesə cəlb olunması imkanları genişləndirilir.
O, həmçinin əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi səhiyyə sahəsində həyata keçirilən islahatların nəticələrinin daha aydın görünməsinə imkan verəcək.
Müxbir - Lalə Minasazova
Fotoqraf - İlkin Cavanşirov
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026292
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026226
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026194
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026180
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026178
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026174
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026172
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026170
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026170
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026168
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026166
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026158
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026154
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026154
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026152
-
Azərbaycan-ŞƏT əməkdaşlığında səhiyyə də prioritet istiqamətlərdən biri kimi göstərilirƏn çox oxunanlar01 Sentyabr 2026150
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026148
-
Fatihə, yoxsa Məun?Ən çox oxunanlar07 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
7 sentyabr Beynəlxalq Mavi Səma Üçün Təmiz Hava GünüdürƏn çox oxunanlar07 Sentyabr 2026148