Azərbaycanda səhiyyə işçi qüvvəsinin planlaşdırılması müzakirə edildi
07 Sentyabr 2026
272
Səhiyyə işçi qüvvəsinin planlaşdırılması və analitik sistemlərinin gücləndirilməsi mövzusunda keçirilən milli seminar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, təhsil müəssisələri və digər əsas maraqlı tərəflərin nümayəndələrini bir araya gətirdi.
Azmedinfo.az xəbər verir ki, seminar ÜST-nin Avropa üzrə Regional Ofisinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə sistemlərinin dayanıqlılığının dəstəklənməsi” təşəbbüsü çərçivəsində təşkil olunub.
Tədbirin açılışında ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmanci, ÜST-nin Avropa üzrə Regional Ofisinin regional müşaviri Dr Tomas Zapata, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Könül Səlimova və TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova salamlama nitqi ilə çıxış ediblər.
Səhiyyə işçi qüvvəsinin effektiv planlaşdırılması yalnız gələcəkdə tələb olunacaq həkimlərin, tibb bacılarının və digər səhiyyə və qayğı işçilərinin sayının müəyyən edilməsini deyil, həm də etibarlı məlumatları, institusional potensialı, müvafiq planlaşdırma alətlərini, maraqlı tərəflərin iştirakını və davamlı siyasi öhdəliyi bir araya gətirən dayanıqlı sistemlərin yaradılmasını tələb edir.
İştirakçılar Səhiyyə İşçi Qüvvəsi üzrə Dayanıqlı Analitik Sistemlər Çərçivəsi ilə tanış olub və Azərbaycanda dayanıqlı və sübuta əsaslanan səhiyyə işçi qüvvəsinin planlaşdırılmasının gücləndirilməsi üçün prioritet amillərin müəyyənləşdirilməsinə yönəlmiş praktik məşğələdə iştirak ediblər.
Seminar Azərbaycanda səhiyyə sisteminin dayanıqlılığının gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir və mövcud sübutların siyasət dialoquna, praktik qərarlara və davamlı fəaliyyətə çevrilməsini dəstəkləyir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654