Hər il 21 sentyabr dünyada Altsheymer xəstəliyi və demensiya haqqında cəmiyyətin məlumatlılığının artırılması məqsədilə Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur. Bu tarix 2012-ci ildən etibarən xəstəlik barədə maarifləndirmənin gücləndirilməsi, erkən diaqnostikanın əhəmiyyətinin diqqətə çatdırılması və xəstələrin, eləcə də onlara qulluq edən insanların üzləşdiyi çətinliklərə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azmedinfo.az məlumatlandırma günündə xəstəlik, onun əsas əlamətləri və erkən diaqnostikanın əhəmiyyəti barədə izləyicilərini məlumatlandırır.
Altsheymer xəstəliyi beynin fəaliyyətinə təsir edən, yaddaş, düşünmə və digər koqnitiv qabiliyyətlərin tədricən zəifləməsinə səbəb olan proqressiv xəstəlikdir. Xəstəlik çox vaxt ilkin mərhələdə adi unutqanlıqla qarışdırıla bilər. Lakin yaşla əlaqədar yaranan adi unutqanlıqdan fərqli olaraq, Altsheymer zamanı yaddaş pozuntuları gündəlik həyata getdikcə daha ciddi təsir göstərir.
Xəstəliyin ən erkən və geniş yayılmış əlamətlərindən biri yaxın zamanda baş vermiş hadisələri və yeni öyrənilən məlumatları xatırlamaqda çətinlikdir. İnsan eyni sualı dəfələrlə verə, yaxınlarda baş vermiş hadisələri unuda və gündəlik işlərini əvvəlki kimi müstəqil şəkildə yerinə yetirməkdə çətinlik çəkə bilər. Xəstəlik irəlilədikcə zaman və məkan anlayışında çaşqınlıq, tanış yerlərdə istiqaməti müəyyənləşdirməkdə çətinlik, sözləri düzgün ifadə edə bilməmək və qərarvermə qabiliyyətinin zəifləməsi kimi əlamətlər də müşahidə oluna bilər.
Altsheymer yalnız xəstənin öz həyatına deyil, ailə üzvlərinə və ona qulluq edən şəxslərə də ciddi təsir göstərir. Xəstəliyin irəliləməsi ilə gündəlik qayğıya ehtiyac artdığından baxıcılar həm fiziki, həm də emosional baxımdan müxtəlif çətinliklərlə üzləşə bilirlər. Buna görə də Altsheymer xəstəliyinə yalnız tibbi problem kimi deyil, həm də ailə və cəmiyyət üçün mühüm sosial məsələ kimi yanaşılması vacibdir.
Məlumatlılığın artırılması xəstəliyin əlamətlərinin vaxtında tanınmasına və tibbi müayinəyə müraciətin gecikdirilməməsinə kömək edə bilər. Erkən diaqnoz xəstənin vəziyyətinin qiymətləndirilməsi, mövcud müalicə və dəstək imkanlarından vaxtında yararlanılması, həmçinin xəstənin və ailəsinin gələcək mərhələlərə daha yaxşı hazırlaşması baxımından əhəmiyyətlidir.
Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Gününün əsas mesajlarından biri də yaddaşda davamlı və gündəlik həyata təsir edən dəyişikliklərin yaşlanmanın adi nəticəsi kimi qəbul edilməməsidir. Belə hallar müşahidə olunduqda həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək vacibdir.
Bu gün cəmiyyətə Altsheymer xəstəliyi haqqında daha çox məlumat əldə etməyin, xəstələrə anlayış və dəstək göstərməyin, onların hüquq və ləyaqətinə hörmətlə yanaşmağın vacibliyini xatırladır. Maarifləndirmə və erkən müraciət xəstəliklə mübarizədə mühüm addımlardan biridir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261100
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654