Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar
21 Sentyabr 2026
264
19 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azmedinfo.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ana və uşaq sağlamlığının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini, müasir tibbi infrastrukturun formalaşdırılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü bildirib.
İdarə rəisi Ceyhun Məmmədov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ana və uşaq sağlamlığının qorunması, uşaqların sağlamlığının və rifahının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan, Türkiyə və Böyük Britaniyanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfrans beynəlxalq təcrübənin, müasir tibbi yanaşmaların və müxtəlif klinik məktəblərin təcrübəsinin bölüşülməsi üçün mühüm platformadır.
Çıxışı zamanı C.Məmmədov Mərkəzi Gömrük Hospitalında Azərbaycanda ilk dəfə Menopauza Mərkəzinin yaradılacağını diqqətə çatdıraraq, mərkəzin qadınların menopauza dövründə sağlamlığının qorunması, bu mərhələdə yaranan problemlərin vaxtında müəyyənləşdirilməsi və müasir tibbi yanaşmalar əsasında müvafiq xidmətlərin göstərilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.
Daha sonra konfransın rəsmi açılış hissəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova çıxış ediblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov konseptual məruzə ilə çıxış edib.
Rəsmi qonaqlar çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sisteminin davamlı inkişafı, müasir tibbi infrastrukturun yaradılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm nəticələr verdiyini bildiriblər. Həmçinin, çıxışlarda ölkəmizdə ana və uşaq sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi və rifahının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq, bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələrin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Pediatriya sahəsində “Neonatologiyada multidissiplinar yanaşma: prenatal diaqnostika, erkən aşkarlanma və müasir müalicə” mövzusunda I panel Ankaranın Yıldırım Beyazit Universitetinin neonatoloqu, prof. Dr. Ahmet Yağmur Baş və İstanbul Florence Nightingale Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin neonatoloqu, prof. Dr. Selma Aktaşın moderatorluğu ilə keçirilib.
“Pediatriyada multidissiplinar yanaşma: erkən diaqnostika, xəbərdaredici əlamətlər və kritik qərarlar” mövzusunda II panel Respublika Pediatriya Mərkəzinin direktoru Uzm. Dr. Erkin Rəhimovun və Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr. Nahidə Mahmudovanın moderatorluğu ilə keçirilib.
“Pediatriyada multidissiplinar yanaşma: diaqnostika, xəbərdaredici əlamətlər və kritik qərarlar” mövzusunda növbəti panel Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasının müdiri Rauf Bəylərov və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramovanın moderatorluğu ilə keçirilib.
Mama-ginekologiya sahəsində “Müasir mamalıqda yeniliklər” mövzusunda I panel Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının müdiri, t.e.d., Əməkdar elm xadimi, prof. Hicran Bağırovanın və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., prof. Leyla Rzaquliyevanın moderatorluğu ilə keçirilib.
“Müasir ginekologiyada yeniliklər” mövzusunda panel Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Xəstəxanasının mama-ginekoloqu, t.ü.f.d. Dr. Fidan İsrafil-Bəyli və Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət Sultanovanın moderatorluğu ilə keçirilib.
“Video klinik hal təqdimatı” mövzusunda III panel İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya departamentinin müdiri, t.e.d., prof. İslam Mahalovun və Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramovanın moderatorluğu ilə keçirilib.
Konfrans çərçivəsində ana və uşaq sağlamlığının qorunması, müasir diaqnostika və müalicə üsulları, erkən aşkarlama, prenatal diaqnostika və multidissiplinar yanaşmalarla bağlı aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sessiyalar zamanı mütəxəssislər tərəfindən klinik təcrübələr və elmi yanaşmalar təqdim olunub, mövzular üzrə fikir mübadiləsi keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Beynəlxalq Elmi Konfrans müasir tibbi yanaşmaların və beynəlxalq təcrübənin paylaşılması, müxtəlif ixtisaslar üzrə mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığı sahəsində aktual məsələlərin birgə müzakirəsi baxımından mühüm platforma olub.
Qeyd edək ki, “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları”na əsasən akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib. Həmçinin, 18 sentyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəyli və Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbinin iştirakı ilə “Fetal təbabət üzrə master-klass” mövzusunda keçirilmiş tədbir isə 4 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261100
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654