Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Oktyabr 2026, Cümə axşamı, 23:35
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanda ürək transplantasiyalarının sayı 3-ə çatıb
29 Sentyabr 2026
234
Azərbaycanda ürək transplantasiyalarının sayı 3-ə çatıb

Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.

 

2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.

 

Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

Ən çox oxunanlar