Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, ölkəmizdə ictimai səhiyyənin aktual problemlərinə və inkişaf perspektivlərinə həsr olunan konfransda dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə və tibb işçiləri, tanınmış şəxslər iştirak ediblər.
Tədbirin elmi hissəsində səhiyyənin aktual məsələləri üzrə müxtəlif tədqiqat və layihələr qruplar şəklində təqdim olunub.
Konfransda ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının Beynəlxalq əlaqələr üzrə eksperti t.ü.f.d. Səbinə Cəfərova “Azərbaycan Pediatrlar Assosiasiyası: milli pediatriyanın təşəkkülündən müasir səhiyyə islahatlarına” mövzulu təqdimatında Azərbaycanda pediatrik elmi istiqamətin formalaşmasından başlayaraq ana və uşaq sağlamlığı, eləcə də ictimai səhiyyənin inkişafınadək bu prosesdə akademik Adilə Namazovanın yaratdığı elmi məktəbin xüsusi rolundan bəhs edib. Bildirib ki, görkəmli alimin fəaliyyəti pediatriyanın klinik və profilaktik istiqamətlərinin inkişafına, yeni nəsil mütəxəssislərin hazırlanmasına və elmi irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verib.
Səbinə Cəfərova APA-nın fəaliyyətinə toxunaraq qeyd edib ki, Assosiasiya respublikanın şəhər və rayonlarında pediatrların bilik və peşə hazırlığının artırılmasına, elmi kadrların yetişdirilməsinə, əhalinin və gənc nəslin tibbi maarifləndirilməsinə fəal mövqeyə malikdir. Alim bildirib ki, pediatriya sahəsində formalaşmış elmi və peşəkar potensial sonrakı mərhələdə ictimai səhiyyə və səhiyyə islahatlarının inkişafı üçün mühüm baza yaradıb. Bu baxımdan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılmasını səhiyyə proqramlarının hazırlanması, tətbiqi, islahatların əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və digər fəliyyətlərin metodik əsaslandırılması istiqamətində mühüm institusional mexanizmlərdən biri kimi qiymətləndirib.Qeyd edib ki, Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq əməkdaşlıq və bilik transferi, bioetika, pasiyent-mərkəzli yanaşma və uşaq hüquqlarının qorunması istiqamətlərində həyata keçirdiyi fəaliyyətlər pediatrik xidmətlərdə profilaktika, maarifləndirmə və ictimai səhiyyə prinsiplərinin gücləndirilməsinə şərait yaradır.
Məruzədə bildirilib ki, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığı Layihəsinin koordinatoru olaraq 2006-cı ildə Dünya Bankının səhiyyə islahatları proqramı çərçivəsində İslahat Mərkəzinin yaradılması layihəsini hazırlayaraq Səhiyyə Nazirliyinin Kollegiyasına təqdim edib. Layihə Kollegiyanın qərarı ilə rəsmən qəbul olunub və mərkəz yaradılaraq layihə həyata keçirilib. Mərkəz növbəti illərdə də davamlı inkişaf yolu keçib və bu gün ictimai səhiyyəyə, eləcə də səhiyyə islahatlarına öz fəal töhfəsini verməkdə davam edir.
Alimin çıxışında 2006-cı ildə keçirilən ölkənin ilk “Demographic and Health Survey” (AzDHS) tədqiqatının əhəmiyyəti də xüsusi qeyd olunub. Ana və uşaq sağlamlığı, reproduktiv sağlamlıq, anemiya, vərəmdən (TB) HİV-ə qədər bir çox mühüm sahələri əhatə edən bu sorğu sübuta əsaslanan səhiyyə siyasətinin formalaşmasına xidmət edib. Eyni zamanda milli və regional göstəricilər səhiyyə proqramlarının qiymətləndirilməsi, eləcə də yeni strategiyaların hazırlanması üçün möhkəm baza yaradıb. Bununla da məlumatı, proqramı, maliyyəni və islahatları vahid sistemdə birləşdirən daimi mexanizmə olan institusional ehtiyac daha da güclənib.
Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə respublikada ictimai səhiyyə bazasının formalaşma tarixindən bəhs edən “Azərbaycanda ictimai səhiyyə: keçilən yol və gələcəyə baxış” adlı video-çarx və İSİM tərəfindən ictimai səhiyyənin aktual mövzularına dair müxtəlif illərdə görülən işləri əks etdirən foto və çap materiallarından ibarət sərgi nümayiş olunub. Həmçinin səhiyyə sahəsində səmərəli fəaliyyətləri nəzərə alınaraq bir qrup İSİM əməkdaşı təltif edilib.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261168
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026738
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026730
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026632
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026626
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026624
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026610
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026576
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026560
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026552
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026442
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026440
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026420
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314