Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:04
Əlaqə vasitələri
Bizimlə əlaqə
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıb
05 Oktyabr 2026
130
 
Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində tütünçəkmə və zərərli vərdişlərin mənfi təsirlərinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.
 
Azmedinfo.az xəbər verir ki, tədbirlərin əsas məqsədi şagirdlərin tütünçəkmə və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığının artırılması, sağlam həyat tərzinin əhəmiyyətinin diqqətə çatdırılması və yeniyetmələr arasında sağlam davranışların təşviq edilməsidir.
 
Maarifləndirmə tədbirləri 6 ümumtəhsil müəssisəsini və ümumilikdə 322 şagirdi əhatə edib.
 
Tədbirlər çərçivəsində şagirdlərə tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa təsirləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və sağlamlığın qorunması ilə bağlı müvafiq tövsiyələr təqdim olunub
Ən çox oxunanlar