Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:05
Əlaqə vasitələri
Bizimlə əlaqə
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb
09 Oktyabr 2026
194

Bu gün səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Azmedinfo.az xəbər verir ki, tədbirdə bir daha Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

 

Səhiyyə naziri Teymur Musayev iki ölkənin səhiyyə qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin, peşəkar əlaqələrin və birgə təşəbbüslərin səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verdiyini qeyd edib. Həmçinin Türkiyənin səhiyyə sahəsində əldə etdiyi qabaqcıl təcrübənin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb, xüsusilə tibbi kadrların hazırlanması, müasir tibbi texnologiyaların tətbiqi, səhiyyənin rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu diqqətə çatdırıb.

 

Şamil Ayrım səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə istiqamətində də əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, tibbi təhsil və peşəkar inkişaf istiqamətində əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Tədbir iştirakçıları Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində inkişaf etdiyini vurğulayaraq, səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Ən çox oxunanlar