Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Oktyabr 2026, Çərşənbə axşamı, 12:03
Əlaqə vasitələri
Bizimlə əlaqə
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edib  
10 Oktyabr 2026
208
 Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edib   
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova 7–8 oktyabr 2026-cı il tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən Global proCardio 2026 – The Global Cardiac Forum beynəlxalq elmi simpoziumunda iştirak edib.
 
Azmedinfo.az xəbər verir ki, simpoziumda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssisləri, klinik həkimləri və laboratoriya təbabəti üzrə ekspertlər bir araya gəlib.
 
Elmi proqram ürək-damar, böyrək və metabolik xəstəliklərin kompleks idarə olunmasını, ürək çatışmazlığının erkən diaqnostikasını, arterial hipertenziyanı, şəkərli diabeti, piylənməni, biomarkerlərin klinik praktikada tətbiqini və ürək-damar xəstəliklərinin profilaktikasını əhatə edir.
 
Simpozium çərçivəsində keçirilən elmi müzakirələr, interaktiv sessiyalar və klinik təcrübə mübadiləsi müasir diaqnostika və müalicə yanaşmalarının öyrənilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
 
Gülnaz Dadaşovanın bu nüfuzlu beynəlxalq elmi platformada iştirakı Azərbaycan kardiologiyasının beynəlxalq elmi mühitdə təmsil olunmasına və qabaqcıl tibbi təcrübələrin mübadiləsinə töhfə verir.
Ən çox oxunanlar