Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Oktyabr 2026, Çərşənbə axşamı, 12:04
Əlaqə vasitələri
Bizimlə əlaqə
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişir
10 Oktyabr 2026
202
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişir

Milli Məclisin 2026-cı ilin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş parlament dinləməsi keçiriləcək.

Aztibb.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə Nazirliyinin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ilin payız sessiyası üçün Milli Məclisin gündəliyi artıq plenar iclasda təsdiqlənib və vərəm xəstəliyinə həsr olunmuş dinləmənin keçirilməsi nəzərdə tutulub.

M.İbrahimqızı hər kəsi dinləmədə fəal iştirak etməyə çağıraraq qeyd edib ki, bu müzakirələr mövcud problemlərin parlament səviyyəsində səsləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi üçün mühüm fürsətdir.

“Azərbaycanda vərəm xəstəliyi ilə bağlı ayrıca qanun qəbul olunsa da, xəstəliyin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişir. Tibb elminin inkişafı və yeni nailiyyətlər bu sahədə mövcud məsələlərə müasir yanaşmalar əsasında baxılmasını zəruri edir. Xüsusilə praktiki tibb işçilərinin və həkimlərin dinləmədə iştirakı vacibdir. Onların təklifləri müzakirələrin nəticələrinin qanunlarda və qərarlarda əksini tapmasına mühüm töhfə verə bilər”, - deyə Məlahət İbrahimqızı əlavə edib.

Ən çox oxunanlar