RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirir
10 Oktyabr 2026
200
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ilə Türk Dünyası Parlamentarilər Fondunun Elmi Şurası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Azmedinfo.az xəbər verir ki, memorandumun məqsədi səhiyyə, elm, təhsil və mədəniyyət sahələrində bərabərlik prinsipi əsasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir.
Memorandum çərçivəsində birgə elmi və tədqiqat proqramlarının, layihələrin və işlərin həyata keçirilməsi, elmi və tədqiqat sənədləri və ədəbiyyatın mübadiləsi, alim və mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi, təlimlərin, seminarların, konfransların və görüşlərin təşkili nəzərdə tutulur.
Əməkdaşlığın əsas istiqamətlərini milli molekulyar diaqnostika və epidemioloji nəzarət infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən tənəffüs yolu infeksiyaları, HİV və virus hepatitlərinin diaqnostikası və eliminasiyası (HBV və HCV) proqramı, genomik epidemioloji nəzarət, antimikrob rezistentlik, digər yoluxucu xəstəliklərin sürətli molekulyar üsullarla diaqnostikası və izlənilməsi, mərkəzi laboratoriya infrastrukturunun inkişafı və tullantı sularında epidemioloji nəzarətin həyata keçirilməsi təşkil edir.
Memorandumda, həmçinin əqli fəaliyyət nəticələrinə dair hüquqların qorunması və birgə əldə edilmiş nəticələrə dair hüquqların tərəflər arasında tənzimlənməsi məsələləri müəyyən edilmişdir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026584
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026542
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026504
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026340
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026338
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026332
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026306
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026300
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026294
-
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıbƏn çox oxunanlar05 Oktyabr 2026288
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026286
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026274
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026208
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026202
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026202
-
Quranın meyarında tarixi kimlikƏn çox oxunanlar09 Oktyabr 2026174
-
8 Oktyabr – Ümumdünya Görmə GünüdürƏn çox oxunanlar08 Oktyabr 2026158
-
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılırƏn çox oxunanlar07 Oktyabr 2026156
-
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlirƏn çox oxunanlar07 Oktyabr 2026142
-
Şüurun süzgəcindən keçən həqiqət - Birinci yazıƏn çox oxunanlar11 Oktyabr 2026134