Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
17 Oktyabr 2026, Şənbə, 02:40
Əlaqə vasitələri
Bizimlə əlaqə
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15 Oktyabr 2026
338
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır. Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır.

Azmedinfo.az xəbər verir ki, bu məlumat Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlamasında yer alıb.

"Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır", - birgə açıqlamada qeyd olunub.

Ən çox oxunanlar