Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
16 Oktyabr 2026, Cümə, 12:21
Əlaqə vasitələri
Bizimlə əlaqə
16 Oktyabr – Ümumdünya Anesteziya Günü
16 Oktyabr 2026
100
16 Oktyabr – Ümumdünya Anesteziya Günü

Tibb tarixinin ən böyük kəşflərindən biri insanı ağrı hissindən azad etmək olmuşdur. Əsrlər boyu cərrahi əməliyyatlar pasiyentlər üçün ağır fiziki və psixoloji işgəncə ilə müşayiət olunurdu. Uzunmüddətli axtarışlardan sonra, 16 oktyabr 1846-cı ildə tibb tarixində böyük bir dönüm nöqtəsi yaşandı.

 

Azmedinfo.az tibb tarixinə istinadən yazır ki, həmin gün Amerika Birləşmiş Ştatlarının Boston Mərkəzi Xəstəxanasında diş həkimi Uilyam Tomas Morton tibb tarixində ilk dəfə olaraq boyun şişinin cərrahi əməliyyatının ağrısız icrası üçün efir narkozunu tətbiq etdi. Bu uğurlu əməliyyatla o, anesteziologiya elminin bünövrəsini qoydu və həmin tarixdən etibarən 16 oktyabr bütün dünyada Ümumdünya Anesteziya Günü kimi qeyd olunmağa başladı.

 

Anesteziyanın kəşfi təkcə ağrını aradan qaldırmadı, həm də mürəkkəb cərrahi əməliyyatların təhlükəsiz həyata keçirilməsinə geniş yol açdı. Əvvəllər ağrıya görə dəqiqələr ərzində tələsik bitirilməli olan müdaxilələr, bu kəşf sayəsində saatlarla davam edən dəqiq və mürəkkəb əməliyyatlara çevrildi.

 

Müasir dövrdə anesteziologiya daha da inkişaf edərək ümumi, regional və yerli anesteziya kimi müxtəlif növlərə ayrılmışdır. Bu gün anestezioloq-reanimatoloqlar yalnız ağrıkəsici verməklə kifayətlənmir, əməliyyat zamanı xəstənin tənəffüsünü, nəbzini, təzyiqini və digər həyati göstəricilərini tam nəzarətdə saxlayaraq insan həyatının görünməz qəhrəmanlarına çevrilirlər.

Ən çox oxunanlar