XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunub
19 Oktyabr 2026
198
Bakıda “Hüquq, sağlamlıq və cəmiyyət: məsuliyyət və innovasiya” mövzusunda XVII Azərbaycan–Türkiyə–Almaniya Tibb Hüququ Simpoziumu keçirilib.
Azmedinfo.az xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə və Almaniyadan olan mütəxəssislər tibb hüququnun aktual məsələlərini, səhiyyə sahəsində hüquqi tənzimləmə mexanizmlərini və müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı hüquqi çağırışları müzakirə ediblər.
INJURIA Hüquq Platformasının rəhbəri Kəmalə Məmmədova açılış nitqində ölkəmizdə keçirilən bu kimi beynəlxalq tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra Prof. Dr. Henning Rosenau “Reproduktiv hüquqlar, bioetika və transplantasiya” və “Müasir orqan transplantasiyası” mövzularında çıxış edib.
Simpoziumda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Orqan donorluğu və transplantasiyası: hüquqi tənzimləmə və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Mərkəz sədri çıxışında Azərbaycanda transplantasiyanın tarixi inkişafı, sahənin hüquqi tənzimlənməsi, Koordinasiya Mərkəzinin fəaliyyəti və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
Yeganə Abbasova bildirib ki, Nazirlər Kabinetinin 6 avqust 2022-ci il tarixli, 288 nömrəli Qərarı ilə yaradılan Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ölkədə transplantasiya proseslərini vahid sistem əsasında əlaqələndirir. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə donor və resipiyentlərin qeydiyyatı, donor orqanların bölüşdürülməsi, transplantasiya əməliyyatlarının koordinasiyası, məlumatların məxfiliyinin qorunması və tibb müəssisələri ilə əməkdaşlıq daxildir.
Sədr orqan donorluğu və transplantasiyası sahəsinin hüquqi bazasının müvafiq qanunlar və normativ-hüquqi aktlarla tənzimləndiyini vurğulayıb. Qeyd edib ki, bu sənədlər transplantasiya proseslərinin qanunvericiliyin tələblərinə uyğun, sistemli və şəffaf şəkildə həyata keçirilməsini təmin edir.
Yeganə Abbasova beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq TÜRKTRANSPLANT regional əməkdaşlıq layihəsi barədə məlumat verib. Layihənin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında orqan donorluğu və transplantasiyası sahəsində məlumat mübadiləsini, əməkdaşlığı və donor orqanlarından səmərəli istifadəni təşviq etdiyini bildirib.
Yeganə Abbasova, həmçinin sahənin gələcək inkişaf prioritetlərini diqqətə çatdırıb. İnkişaf prioritetləri sırasında beyin ölümünün diaqnostikası üzrə təlimlərin təşkili, tibb mütəxəssislərinin peşəkar hazırlığının gücləndirilməsi, institusional əməkdaşlığın genişləndirilməsi və orqan donorluğu ilə bağlı ictimai maarifləndirmənin artırılması qeyd olunub.
Simpozium çərçivəsində bioetika, reproduktiv hüquqlar, biotexnologiyalar, süni intellektin tibbdə tətbiqi, tibbi sığorta, məlumatlandırılmış razılıq, tibbi mübahisələrin həlli və həkimlərin hüquqi məsuliyyəti mövzularında məruzələr təqdim olunub. Məruzəçilər arasında Prof. Dr. Sevtap Metin, Prof. Dr. h.c. Yener Ünver və vəkil Esmira Rzayeva da yer alıblar.
Ümumilikdə, beynəlxalq tədbir tibb hüququ sahəsində elmi və praktiki təcrübə mübadiləsinin aparılması, hüquqi yanaşmaların müzakirəsi və ölkələrarası peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261438
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261004
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026992
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026896
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026894
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026890
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026850
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026842
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026816
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026706
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026704
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026684
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026618
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026562
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026556
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026542
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026526
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026512
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026502
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026494