Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Oktyabr 2026, Bazar ertəsi, 12:29
Əlaqə vasitələri
Bizimlə əlaqə
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminar  
19 Oktyabr 2026
142
Kopenhagen, Danimarka, 13–15 oktyabr 2026-cı il — Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi 13–15 oktyabr 2026-cı il tarixlərində Danimarkanın Kopenhagen şəhərində Səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlər üzrə regional seminar keçirdi.
 
 
Azmedinfo.az xəbər verir ki, seminarda Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkə nümayəndə heyətləri iştirak etdilər. Tədbirin məqsədi səhiyyə işçi qüvvəsinin planlaşdırılması sahəsində yanaşmaları gücləndirmək, qərarların qəbulunda əmək bazarı və kadr potensialı barədə məlumatlardan istifadəni təkmilləşdirmək, daha dayanıqlı və çevik səhiyyə sistemlərinin qurulması üçün praktiki fəaliyyət istiqamətləri hazırlamaqdır.
 
İştirakçılar səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və təhlili istiqamətində əsas istiqamətlər olan məlumat bazası, xidmət modelləri, planlaşdırma üzrə mütəxəssislərin potensialı, idarəetmə, eləcə də siyasi dəstək və kontekstual amilləri müzakirə etdilər.
 
Üç gün davam edən seminar çərçivəsində ölkə nümayəndə heyətləri təcrübə mübadiləsi aparır, Böyük Britaniya, İspaniya, Niderland, Sloveniya, İsveçrə, Portuqaliya, Yeni Zelandiya, Yunanıstan, Avstriya və Fransadan olan texniki ekspertlərlə birlikdə ümumi və hər bir ölkəyə xas çətinlikləri müzakirə edirlər.
 
Müzakirələrin əsas məqsədi maraqlı tərəflərin müəyyən etdiyi prioritetləri konkret fəaliyyət planlarına çevirməkdir. Ölkə təqdimatları və interaktiv “World Café” formatında keçirilən müzakirələr mövcud imkanların, əsas boşluqların və təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdi.
 
Seminarın əsas nəticələrindən biri hər bir ölkə üçün fəaliyyət planlarının və yol xəritələrinin hazırlanması oldu, eləcə də əldə olunan irəliləyişin davamlılığını təmin etmək üçün zəruri institusional mexanizmlər və dəstək ehtiyacları əks olundu.
 
Seminar regional müzakirələr, milli siyasət dialoqlarının təşkili, ölkələrarası əməkdaşlıq imkanları və 2027-ci ildə fəaliyyət planlarının icrasını dəstəkləyəcək növbəti addımların müəyyənləşdirilməsi ilə yekunlaşdı.
 
Ölkələrə mövcud çətinliklərin müəyyən edilməsindən əlaqələndirilmiş və praktiki həllərin hazırlanmasına keçiddə dəstək göstərməklə, seminarın Şərq Tərəfdaşlığı regionunda səhiyyə işçi qüvvəsinin daha sistemli, sübutlara əsaslanan və dayanıqlı planlaşdırılmasına töhfə verməsi gözlənilir.
Ən çox oxunanlar