Uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafına əlverişli şəraitin yaradılması, onların təhlükəsizliyinin, rifahının və cəmiyyət həyatında fəal iştirakının təmin olunması, bütün uşaqlar üçün bərabər imkanların formalaşdırılması hər bir dövlətin, cəmiyyətin əsas vəzifələrindəndir.
1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların müstəqil hüquq subyekti kimi tanınmasına əsaslanan beynəlxalq hüquqi çərçivəni müəyyən etmişdir. Azərbaycan Respublikasının da iştirakçısı olduğu bu sənəd uşaqların hüquqlarının təmini ilə bağlı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur.
Uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Ölkəmizdə daima bu istiqamətdə kompleks islahatlar həyata keçirilir, qanunvericiliyin və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, keyfiyyətli xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, ümumilikdə uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlər əldə edilir.
Cari ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər əlaqəli normativ hüquqi aktların qəbulu, eləcə də uşaqların sosial şəbəkə platformalarından istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi uşaq hüquqlarının qorunması sahəsində hüquqi tənzimləmənin müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uşaqların təhlükəsiz, sağlam, əlçatan və inklüziv mühitdə yaşamaq hüququnun təmin olunması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası baxımından xüsusi önəm daşıyır.
44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizdə də uşaqlar üçün zəruri infrastuktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.
Müasir dövrdə qloballaşma və rəqəmsal inkişaf yeni ictimai münasibətlərin yaranmasına səbəb olur və bu da öz növbəsində uşaq hüquqları sahəsində siyasətin, qanunvericiliyin təkmilləşdirilməsini və cəmiyyətdə hüquqi maarifləndirmənin təbliğinin yeni çağırışlara uyğun olaraq genişləndirilməsini zəruri edir.
Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində mühüm yer tutur. Bu sahədə müxtəlif istiqamətlərdə həyata keçirilən fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir.
Hər il olduğu kimi, cari ildə də Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.
Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.
Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıram.
Hesab edirəm ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacaqdır.
Hörmətlə,
Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
20 oktyabr 2026-cı il
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261074
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261024
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261022
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261006
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261000
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026950
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026904
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026900
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026890
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026870
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026858
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026784
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026764
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026754
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026628
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026588
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026572
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026522
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026518
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026506