Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Oktyabr 2026, Cümə axşamı, 22:09
Əlaqə vasitələri
Bizimlə əlaqə
Pediatriya İnstitutunda şəhid ailəsinin övladlarının müalicəsi diqqətdə saxlanılır    
21 Oktyabr 2026
360
                  Pediatriya İnstitutunda şəhid ailəsinin övladlarının müalicəsi diqqətdə saxlanılır                      

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru institutda müalicə alan şəhid ailəsinin övladlarının səhhəti ilə maraqlanıb, onların nənəsi, şəhid Əliyev Orxan Məhəmməd oğlunun anası ilə görüşüb.

 

Azmedinfo.az xəbər verir ki, görüş zamanı uşaqların sağlamlıq vəziyyəti, müalicə prosesi və ümumi durumu barədə məlumat verilib. Direktor uşaqların sağlamlıqlarının bərpası istiqamətində göstərilən tibbi xidmətlərlə maraqlanıb, müalicələrinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb və göstərilən tibbi xidmətlərin keyfiyyəti ilə bağlı şəhid ailəsinin fikirlərini dinləyib.

 

Görüşdə şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsinin əhəmiyyəti qeyd olunub. Şəhid anası ilə səmimi söhbət aparılıb, onun qayğıları və istəkləri dinlənilib.

 

Elmi-Tədqiqat Pediatriya İnstitutu şəhid və qazi ailələrinə diqqət və qayğının göstərilməsini, uşaqların sağlamlığının qorunmasını və onların keyfiyyətli tibbi xidmətlə təmin olunmasını daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır.

Ən çox oxunanlar